Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / QAT-dan sərt  etiraz Erməni bayrağı yandırıldı

QAT-dan sərt  etiraz Erməni bayrağı yandırıldı

Azinforum.az-ın verdiyi xəbərə görə Qarabağ Azadlıq Təşkilatı Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının da Bakıda qaldırılmasına, erməni idmançılarının Bakıya gözlənilən səfərlərinə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hesab edirlər ki, erməni bayrağının Bakıda qaldırılması bütün Azərbaycana, şəhidlərin ruhuna təhqirdir. Erməni bayrağı dərhal endirilməli və məhv edilməlidir. Aksiyada xüsusi olaraq vurğulanıb ki, heç bir beynəlxalq hüquq, beynəlxalq təşkilat qarşısında götürülən öhdəlik erməni idmançılarının Bakıya gəlməsi üçün əsas ola bilməz. Bu gələnlər idmançı deyildirlər, terrorçu, işğalçı Ermğnistan rejiminin nümayəndələri, işğal və terror təbliğatçılarıdırlar.

Aksiya iştirakçıları ” Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol! ” yazılmış plakatlar qaldırmış, şüarlar səsləndirmiş, Serj Sərkisyan, Seyran Ohanyan, Bako Saakyan, Levon Ter- Petrosyan, Robert Koçaryan kimi hərbi canilərin, uşaq qatillərinin şəkillərini, Ermənistan bayrağını əvvəlcə ayaqlar altına atmış, sonra yandırmışlar.

Qarabağ Azadlıq Təşkilatı bu aksiya ilə bütün Azərbaycan cəmiyyətinə müraciət edib, hər yerdə erməni hərbi canilərinin şəkillərinin, erməni bayraqlarının yandırılmasına çağırıb.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın