Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / `Qardaşı öldürdü` deyilən qız: “Qorxumdan evdən qaçdım…”

`Qardaşı öldürdü` deyilən qız: “Qorxumdan evdən qaçdım…”

Tovuz rayonunun Əyyublu kənd sakini, 21 yaşlı Zülfiyyə Məhərrəmovanın qardaşı tərəfindən öldürülməsi ilə bağlı xəbər yayılsa da, bu o, sağ-salamat tapılıb.

Mətbuatda Z.Məhərrəmovanın qardaşı tərəfindən öldürülərək, kənd qəbiristanlığında basdırıldığı iddia edilirdi.

21 yaşlı qız müəmmalı şəkildə yoxa çıxması ilə bağlı AzVision.az yeni təfərrüatlar əldə edib.

Yaxınları saytımıza bildiriblər ki, Z.Məhərrəmova evə qayıdarkan üzərində hər hansı zorakılıq əlaməti qeydə alınmayıb.

“Zülfiyyə bu gün səhər saatlarında heç nə olmamış kimi evə qayıtdı. Hamımız onu görəndə şoka düşdük. Biz elə bilirdik ki, o öldürülüb. Ondan harada olduğunu soruşduq. O, qardaşından qorxduğu üçün evdən qaçdığını dedi. Zülfiyyə qardaşının tutulmaması üçün evə döndüyünü bildirdi. Onun psixoloji durumu normaldır, səhhətində heç bir problem yoxdur”.

Yaxınlarının bildirdiyinə görə, Zülfiyyə evə qayıtdıqdan sonra polis tərəfindən dindiirlib: “Evə qayıdan kimi polisə məlumat verildi. Polis Zülfiyyəni sorğu-sual elədi. O, bütün sualları cavalandırdı. Dedi ki, hər şey yaxşıdır. ona heç nə olmayıb. Daha sonra qızı müayinə etmək üçün həkimə apardılar. Üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib”.

Tovuz rayon Polis İdarəsindən bildirilib ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir: “Zülfiyyə Məhərrəmovanın ifadəsi alınıb. O, heç bir probleminin olmadığını bildirib. Evdən öz xoşu ilə getdiyini, heç bir təzyiqə məruz qalmadığını qeyd edib. Qardaşı Anar Səmədov isə ifadəsi alındıqdan sonra azadlığa buraxılıb. Hazırda iş üzrə Tovuz rayon Prokurorluğu tərəfindən arşadırma aparılır”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın