Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Qaradağlının qadağa qoyduğu Nura – “Qara siyahı”dan çıxdı

Qaradağlının qadağa qoyduğu Nura – “Qara siyahı”dan çıxdı

ATV-nin eks-prezidenti Vüqar Qaradağlının “qara siyahı”sına düşən müğənni Nura Suriyə qoyulan qadağa aradan qaldırılıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi sözügedən kanalın bir neçə verilişinə dəvət edilib.

O, hətta bu gün Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişində qonaq kimi iştirak edib.  Nura həmin görüntüləri sosial şəbəkədəki rəsmi səhifəsində yayımlayıb.

Qeyd edək ki, ATV kanalının rəhbəri vəzifədən getdikdən sonra bir çox tanınmış simalar eks-prezidentlə bağlı ittihamlar səsləndirməyə başlamışdılar. Müğənni Nura Suri ATV-nin vitse -prezidenti, eyni zamanda Vüqar Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulamışdı.

Suri iddia etmişdi ki, Dadaşovun istəyi ilə toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərində müğənnilər ödənişsiz çıxış edirlər. Həmçinin,o, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçıların qara siyahıya salındığını demişdi.

Bu açıqlamalardan sonra keçmiş rəhbərə etiraz edənlərin bir qisminə kanalın yeni prezidenti Azər Xəlilov jest edərək onları “qara siyahı”dan çıxarıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …