Ana səhifə / Şou Biznes / Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndə kabinetində yaşanan şok olay…

Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndə kabinetində yaşanan şok olay…

Yaşar müəllimin yanında onun yaxın dostunun həyat yoldaşı olan xanımı ilan çalıb Salyan Rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəliyi ilə bağlı Gundelik-Baku.com-un redaksiyasına olcuqda ilginc, hətta belə demək olarsa sensasion xarakterli məlumat daxil olub. Belə ki, Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimin büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilmədiyini, ciddi neqativ hallara, saysız-hesabsız nöqsanlara rəvac verdiyini iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, istirahətindən qalmayan, vaxtının böyük bir hissəsini işinə deyil, məhz istirahətinə sərf edir. Etsin, biz onun şəxsi işlərinə qarışmaq istəmirik və bizə verilən məlumatın həmin hissəsinə şərh vermək fikrimiz də yoxdur. Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimin fəaliyyətinin yerli sakinlərin narazılığına səbəb olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, bu günlərdə yaxın dostunun həyat yoldaşını onun kabinetində ilan çalıb: «Deyilənlərə görə, Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimin kabinetində indiyədək bir neçə dəfə bunabənzər hallar yaşanıb.

Artıq yerli sakinlər bu barədə yetərincə məlumatlıdırdar. Belə ki, onlar da bilirlər ki, vaxtaşırı Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimin kabinetində tez-tez ilan çalmaları olur. Məsələnin maraqlı tərəfi ondadır ki, bu dəfə icra nümayəndəsinin kabinetində ilan onun yaxın dostunun həyat yoldaşı olan xanımı çalıb. Hadisədən xəbər tutan kənd camaatı onu və həmin xanımı xəstəxanaya aparıblar. Nəzərinizə çatdırım ki, kabinetdə yaşananlar barədə ətraflı məlumat aldıqdan sonra bu olay kənd camaatının etirazına səbəb olub». Bu arada, ilanın Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimin kabinetinə necə daxil olmasının ciddi şübhə doğurduğunu bildirən mənbə iddia edir ki, artıq bütün kənd camaatı bu hadisədən danışır: «Deyilənlərə görə, yerli sakinlər məsələni tam təfərrüatına qədər bilmədiyindən hərə bir versiya irəli sürür. Ən qəribəsi isə odur ki, artıq Yaşar müəllimin dostu Rusiyadan Azərbaycana gəlmək üçün ən yaxın reyslərdən birinə bilet də sifariş edib. Deyilənlərə görə, yaşanan olayla bağlı artıq Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmova da informasiya verilib. Lakin nədənsə icra başçısı hələ də Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimi yanına çağırıb sorğu-sual etməyib, onun kabinetində ilan vurma hallarının nədən bu qədər çox olduğuna aydınlıq gətirməyib». Məlumat üçün bildirək ki, baş vermiş olayla bağlı daha ətraflı məlumat almaq məqsədilə Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Yaşar müəllimlə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Bu səbəbdən də qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

P.S. Bəlkə icra nümayəndəsinin otağı əvvəllər ilan saxlama məntəqəsi olub?  (Gundelik-Baku.com)

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın