Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Qarabağ”a görə metro sabah axşam saat 1-dək işləyəcək

“Qarabağ”a görə metro sabah axşam saat 1-dək işləyəcək

Bakı Metropoliteni “Qarabağ” futbol klubunun Belçika “Anderlext”i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini cavablandırıb.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında müraciətin müsbət cavablandırıldığını bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteni gecə saat 01:00-dək açıq olacaq. N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar “Gənclik” stansiyasında girişi nizamlanacaq: “Sərnişinlərdən xahiş edirik ki, böyük sıxlıq yaranmaması üçün yaxın stansiyalar olan “28 May” və ya “Nəriman Nərimanov”dan da istifadə etsinlər. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq və xahiş edirik ki, vaxtın çoxluğunu nəzərə alaraq böyük sıxlıq yaratmasınlar”.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Anderlext” matçı saat 22:00-da başlanacaq.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın