Ana səhifə / Şou Biznes / Qarabağ qaziləri Akif Nağını təhqir etdilər

Qarabağ qaziləri Akif Nağını təhqir etdilər

Qarabağ döyüşçülərinin koordinasiya şurasının yaranması məqsədi ilə fəaliyyətə başlayan işçi qrupunun Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müraciətinə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı reaksiya verib.
Mia.az bildirir ki, bununla bağlı Qarabağ döyüşçülərinin işçi qrupu adından açıqlama yayılıb. Açıqlamanı işçi qrupunun üzvləri: Vaqif Əlisoy, Füzuli Rzaquliyev, Habil Şirinov, Firudin Məmmədov, Rey Kərimoğlu imzalayıb, o cümlədən, koordinasiya şurasının yaradılması təşəbbüskarları “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, Laçın alayının komandiri Arif Paşa, hərbi jurnalist Üzeyir Cəfərov da buna qoşulub.
Açıqlamada deyilir:
“Məlum olduğu kimi bizim dünən yaydığımız müraciətə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz əxlaqı və tərbiyəsinə uyğun cavab verib. Həmişə populist və saxta vətənpərvərliyi ilə gündəmdə olan, hazır “dejurnı” bəyanatları ilə yadda qalan Akif Nağı, nə bir müəllim, nə də təşkilat rəhbəri səviyyəsinə sığan ifadələr işlədib.
Onun məntiqi ilə yanşsaq, gərək Rusiya dövlət rəsmilərinin və rusların da ölkəmizə gəlişinə mane olaq. Əcəba, xalqımızın başına olmazın müsibətlər gətirmiş, 20 yanvar faciəsini, Xocalı soyqırımını törətmiş, torpaqlarımızın işğalında mühüm rol oynamış Rusiyaya qarşı niyə bu münasibət sərgiləmir? Niyə?
Dövlətimiz, millətimiz, Qarabağımız yox, öz şəxsi mənafeyi naminə çalışan, fəaliyyət göstərən Akif Nağı Türkiyənin prezidenti cənab Ərdoğanın şəklini yandıra bilir, amma Rusiyaya qarşı eyni münasibəti sərgiləmir?
Biz bir qrup Qarabağ döyüşçüsü canımızı, qanımızı verdiyimiz Azərbaycan dövlətinin maraqlarından çıxış edirik. Və bu məqsədlə ortaya konkret mövqe qoymuşuq. Dövlətimizlə, Prezident İlham Əliyevlə bu işdə mövqeyimizin üst-üstə düşməsi isə dövlətimizə, dövlətçiliyimizə bağlı olmağımızdan irəli gəlir, Akif Nağı belə şeyləri qəti başa düşməz! Başqa bir umacağımız da yoxdur! Bu mövqe həm sosial şəbəkələrdə, həm də bizə daxil olan məlumatlarda silahdaşlarımız tərəfindən dəstəklənir.
Bu işdə Akif Nağıdan və digər kəslərdən məsləhət almaq fikrimiz, niyyətimiz də yoxdur. Razı deyilsə, bu onun məsələlərə şəxsi mənafeyi prizmasından baxmasından irəli gəlir. Bizim üçün isə ən əsası Azərbaycandır, onun işğal altındakı torpaqlarımızın azad olunmasıdır.
Ola bilsin ki, dünənki müraciətimiz kimlər tərəfindənsə ya düzgün başa düşülməyib, ya da qəsdən məsələnin mahiyyəti başqa istiqamətə yönləndirilir. Amma biz bunları demişik!
Azərbaycan torpaqlarının 20 faizini işğal eləmiş, qız gəlinlərimizin əsir götürmüş, yurdumuzu viran qoymuş, minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirmiş Ermənistanın da idmançıları bu oyunlarda iştirak edəcək. Biz Qarabağ döyüşçülərinin koordinasiya şurasının yaradılması ideyasının müəllifləri də erməni idmançılarının Bakıya gəlməsinə etiraz edirik. Bundan narazıyıq! Amma unutmayaq ki, bu bir beynəlxalq idman yarışmasıdır, sülhün, barışın rəmzidir, bunun da öz qaydaları, şərtləri var. Bu şərtləri hər dəfə torpaqlarımızın işğaldan azad etmək üçün müharibə çağırışları edəndə dəstəklədiyimiz Ali Baş Komandan daha yaxşı bilir. Onsuz da idman oyunları çərçivəsində Qarabağ döyüşçüləri bütün hallarda öz etirazlarını bildirəcəklər. Bunu hamı da görəcək. Amma bunu özümüz edəcəyik, necə, nə cür bunu zaman göstərəcək. Biz istəmirik ki, əsəbləri onsuz da tarıma çəkilmiş döyüşçülər Akif Nağı kimi qrantgir popilistlərinin təxribatına getsinlər.
Müraciətimizdə onu da demişik ki, birinci Avropa Oyunları bitəndən sonra biz Qarabağ döyüşçüləri işğal altındakı torpaqlarımızın azad olunması naminə hərbi əməliyyatlara başlaması üçün Ali Baş Komandana müraciət edəcəyik!
Təəssüflər olsun ki, uzun illərdir bayağı vətənpərvəliklə, populist çıxılar çörək qazanmaqla məşğul olan Akif Nağı artıq döyüşçüləri ittiham edir hətta onları təhqir etməkdən belə çəkinmir!
Dəfələrlə sifətini dəyişən, az qala riyakarlığın simvoluna çevrilən bir adamın nəinki Qarabağ döyüşçülərini ittiham etməyə, ümumiyyətlə, bu mövzuda danışmağa haqqı yoxdur! Qarabağın azadlığı üçün mübarizəsi ilə yox, cəmiyyətdə daha çox təlxəkliyi ilə yadda qalan Akif Nağı öz həddini və yerinə bilsə daha yaxşı olar! Biz ona müraciət edirik – Qarabağ müharibəsinə yaşın çata-çata niyə gedib erməniyə bircə güllə də atmadın! O ağır günlərdə döyüşdən qaçıb gizlənmisən, heç olmasa indi təlxəklik eləmə, Akif Nağı! Ayıbdır!”

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın