Şənbə , May 25 2019
Ana səhifə / Şou Biznes / Qalmaqallı məmur qızı veriliş aparacaq

Qalmaqallı məmur qızı veriliş aparacaq

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova Speys TV-də veriliş aparacaq.

Kult.az xəbər verir ki, A.Şükürova bu barədə şəxsi İnstaqram səhifəsində qeyd edib. O bildirib ki, aparıcısı olacağı “Mənim evim” adlı layihə 1 saat olmaqla həftə içi 5 gün yayımlanacaq.

5 qadın və onları qiymətləndirəcək münsif (qayınana və digər şəxs) heyətindən ibarət əyləncəli yarışma proqramında xanımlar bacarığını, evinə və qonağa göstərdiyi diqqəti nümayiş etdirəcək. Qalibə isə bir həftəlik Türkiyə səyahəti hədiyyə olunacaq.

Qeyd edək ki, hazırda layihə üçün seçim turu aparılır.

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …