Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Qalmaqallı “Kelebek”dəki namizədlərimiz – Aygün, Günay…

Qalmaqallı “Kelebek”dəki namizədlərimiz – Aygün, Günay…

46-cı dəfə təşkil olunacaq “Altın Kelebek”ə sayılı günlər qalıb.  Türkiyənin ən nüfuzlu mükafat gecəsinə müraciətlər oktyabrın 5-dək davam edəcək. Televiziya, musiqi platformasının “ən yaxşılar”ı xalqın ixtiyarına verilib.  

Onlayn səsvermədə 38 nominasiya üzrə qalib seçiləcək. Tədbirin rəsmi saytında 37 nominasiya üzrə yarışanların adı qeyd olunsa da,  “Azərbaycanda ilin qadın müğənnisi” bölməsi boş qalıb.

Bu, həmin nominasiyanın ləğv olunması barədə şayiələrin yayılmasına gətirib çıxarıb.  Lakin iddiaların əsassız olduğu, Azərbaycan nümayəndələrin də bu il mükafat gecəsində iştirak edəcəyi təsdiqlənib.

“Qafqazinfo” “Altın Kelebek”lə bağlı bəzi detalları ortaya çıxarıb.  Belə ki, bu il gecə üçün 8 məşhur namizəd müəyyənləşdirilib.  Lakin onlardan cəmi 4 sənətçinin adı məlum olub.

İddia olunur ki, xalq səsverməsində xalq artisti Aygün Kazımova, əməkdar artist Manana Caparidze, müğənni Günay İbrahimli və Sevil-Sevinc Səfərovadır. Həmçinin, siyahıya xalq artisti Brilliant Dadaşovanın və müğənni Zamiq Hüseynovun da əlavə ediləcəyi deyilir.

Həmin məşhurlar dekabr ayında Bakının məşhur klublarının birində çıxış edəcəklər və 3 finalistin adı açıqlanacaq.
Sözügedən müğənnilər Türkiyədə baş tutacaq gecədə iştirak edəcəklər. Üç ulduzdan biri “Azərbaycanda ilin qadın müğənnisi” adına layiq görüləcək.

Qeyd edək ki, “Altın Kelebek”də azərbaycanlı sənətçilərtə mükafat verilməsi ötən ildən təyin olunub. Ötən il tədbirdə Əməkdar artist Röya Ayxan, Miri Yusif və müğənni Nigar Camal Azərbaycanı təmsil edib. Mükafatın sahibi isə Röya Ayxan olub.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …