Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Qadınlarınızı zinalı baxışlardan qorumaq üçün, gözünüzü başqasının namusundan çəkin”

“Qadınlarınızı zinalı baxışlardan qorumaq üçün, gözünüzü başqasının namusundan çəkin”

Bu yaxınlarda yas mərasimlərinin birində mollanın danışdıqları məni bu yazını yazmağa vadar etdi.
Yazıma belə bir sualla başlamaq qərarına gəldim: Həccdə olmaq nə deməkdir?
Həcdə olmaq – bax, indi bu, Azərbaycanda özünə bəraət və haqq qazandırmağın ən bərkgedən üsullarından biridir. Bu gün həccə getmək ölkəmizdə nə qədər adama rüşvət yığmaq, yalan danışmaq, zor işlətmək, üçün “yaşıl işıq” yandırır.
Hazırda Azərbaycanda nə qədər dar düşüncəli adam fikirləşir ki, əgər o, bircə dəfə Həccə gedibsə həmin vaxtadək etdikləri haqsızlıq, oğurluq üçün bəraət, bundan sonra edəcəkləri hər bir pis, nalayiq əməl üçün isə vizit kartı qazaıb. Bizim bəzi “həci”lərdə belə bir fikirdə dominatlıq edir: “əgər mən Həccdə olmuşamsa camaatın etibarından istifadə edə bilərəm”, kimi. Düzdü bunu hamiya şamil etmək olmaz.
Amma real mənzərə hamının gözü qarşısındadır. Azərbaycanda yalanın, yaltaqlığın, zülmün miqyasını artıranların arasında təssüf ki, “həci, məşədi, kərbəlayi “ olanların sayını çoxluq təşkil etmir.
Mənim bildiyimə görə, zəvvarlar Həcc vaxtı heç bir işlə məşğul ola bilməzlər. Bir canlının qanını tökməyə ixtiyarları yoxdur, hətta milçək olsa belə. Ağacdan meyvə dərməməli, ümumiyyətlə dünya neməti haqda düşünməməlidirlər.
Həcc zamanı əsas ziyarət Kəbəni yeddi dəfə dolanıb, “qara daş”ı öpüb, dua edərək, müqəddəs Səfa və Mərva təpələri arasında yürüyüb və “Zəm-zəm” quyusundan su içməklə başlanır:
Ziyarət belə başlayırsa, belə də davam etməli deyilmi? Məncə bəli, əgər Allahın yolun tutursansa bunu ürəklə etməlisən, gözdən pərdə asmaqla yox! Amma yenə deyirəm, bəzi Həccdə olanlar var ki, nəyinki dünya neməti haqqında düşünmək nemət qalsın bir yana, ailəli ola ola 2 və ya daha çox arvad barədə düşünür və buna da hansısa yolla nail olur. Heç kəbinə də ehtiyac duymur. Bu insanlar necə halalıqdan danışır, bilmirəm. Bəzi xoşagəlməz yerlərə pul xərcləməkdənsə gedib bir yetimi və ya imkansızı, sevindirsə Allaha da xoş gedər, bəndəyə də. Tanıdığım bir insan var.Dəfələrlə şahidi olmuşam, maşınla gedərkən, başqasının arvadına, qızına ele baxir, sanki ac qurd quzuya nəzər salıb. Bu zaman fikrimdə bir sual yaranır görəsən yolun kənarında köməksiz qoca dayansa ,ona da elə baxar bu adam? Əlbətdə ki, yox. Niyəsini isə onsuz da hamınız çox yaxşı bilirsiniz, daha mən nə deyim?! Sadəcə, bu cür adamlara demək istiyirəm ki, öz qadınlarınızın da zinalı baxışlardan qorumaq istəyirsinizsə, gözünüzü xalqın namusundan çəkməlisiniz.

Hələ mən haram pullar hesabına banklarada hesab açdıran, özlərinə bir neçə villa tikdirən, gecələri restoranlarada kef edən “dindarlarmızdan” danışmıram hələ… Hansı ki, izafi xərclədikləri pulu ehtiyacı olanlara, uşaq evlərinə bağışlaya bilərlər. Bu fikirlərlə razılaşıb və razılaşmayacağınız öz işinizdir. Sizdən bir xahişim var, əziz müsəlmanlar!
Gəlin dinimizə hörmətlə yanaşaq, ondan bir silah kimi nə üçünsə istifadə etməyək, möminlərin adına ləkə gətirməyək. Insanin ən yağı düşməni onun qəzəb və şəhvətidir. Kim bu ikisinə qalib gələrsə məqamı cənnətdə olar. Niyyət və oruclarımızın qəbul olunması diləyi ilə…

Tünzalə İSMAYILOVA

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın