Ana səhifə / Şou Biznes / Qadın Rusiyada işləyən ərinə xəyanət etdi -Azəbaycanda şok olay

Qadın Rusiyada işləyən ərinə xəyanət etdi -Azəbaycanda şok olay

Bu əhvalatı mənə bir dostum danışdı. Azərbaycanda A. şəhərində baş verib.
O deyir:
‘Onu hər dəfə eyvanda görəndə gözümü çəkə bilmirdim. Yaraşıqlı qadın idi. Onsuz da tay-tuşlarla binanın qabağında yığışanda heç birimizə yaxınlığı olmayan qadınlara bir qulp bağlayırıq.
Mən də gözümü çəkmirdim ondan. Hiss edirdim ki, o da mənə qarşı laqeyd deyil. Balkona çıxanda, paltar sərəndə, məhlənin qabağından ötəndə mənə baxır.
İki uşağı var. Yoldaşı Rusiyada işləyir, məhlə uşağıdır. Qızın qardaşını da, oğlanın qardaşını da tanıyıram. Çox ayıb bir iş gördüyümün fərqində idim, məni ürəkləndirən onun baxışları idi.
Doğrusu, çəkinirdim ona yaxınlıq etməyə. Bəlkə heç o mən deyən qadınlardan deyil. Bir binada yaşayırıq. Yaxınlaşıb nə deyəcəm? Birdən acılayar, söyər, biabır edər məni.
Nəhayət onunla görüşmək qərarına gəldim. Amma bilmirdim necə edim.
Ona görə də maşının üstünə ‘satılır” lövhəsi vurdum, nömrəmi də yazdım. Düşündüm ki, məndən xoşu gəlirsə, mütləq zəng edəcək.
Elə də oldu. Həmin axşam zəng gəldi. O idi. Söhbətin necə, nə zaman yataq mövzusuna gəldiyini bilmədik. Gecəyə doğru birdən mesaj gəldi ki, səni istəyirəm. Doğrusu hər şeyin bu qədər tez alınacağını özüm də güman etmirdim.
Həmin gün heç cür görüşə bilməzdik. Uşaqlar evdə idi. Səhərə razılaşdıq.
Unudulmaz bir gün yaşadıq. Həyatım boyu bu qədər ehtiraslı qadın görməmişdim.
Artıq bir gündən bir məni istəyirdi. Evlərinin hər bir guşəsində sevişmişdik. Evlərində alınmayanda küçəyə çıxırdı. Bir gecə blokda sevişdik. Bir dəfə isə qaraja apardım, maşında sevişdik. Növbəti dəfə gizlicə maşınıma mindi (hamının bir-birini tanıdığı bu məntəqədə necə də riskli işdir) onu meşəyə apardım. Orda ağacların arasında çəmənlikdə sevişdik. Sonra binanın qabağındakı yarımçıq tikilidə sevişdik.
Hətta bir dəfə məndən uşağa qalacaqdı. Yamanca qorxuya düşmüşdü. Dərman aldım, həll etdik.
Ömrümdə onun qədər ehtiraslı qadın görməmişdim. Həyatımda heç vaxt bu qədər ehtirasla sevişməmişdim. Özümü pornofilmlərin qəhrəmanı kimi hiss edirdim. Onun mənə bağlılığını, hətta bir neçə dəqiqəlik seksual həzz üçün özünü bu qədər riskə atmasını başa düşə bilmirdim. Axı əri Rusiyada olsa da qardaşları, qaynı, qayınatası burda idi. Adına söz çıxsaydı, bir anda bütün rayona yayılacaqdı.
Bir dəfə iki gün görüşə bilmədik. Mən artıq onsuz dözə bilmirdim. O da eləcə. Binanın qabağında dayanmışdım. Bir də gördüm ki, birinci sinfə gedən oğlu blokun ağzında göründü, mağazaya tərəf yüyürdü. Dərhal yuxarı qalxdım. Qapını açdı. Ona sarıldım. İniltiylə yalnız bunu deyə bildi: ‘Uşağı çörəyə göndərmişəm”.
Növbəti sevişmələrimizin sonunda ondan soruşdum ki, axı niyə belə edirsən? Ərin Rusiyaya çörək qazanmağa gedib. Arxayındır ki, arvadım sədaqətlə məni gözləyir. Sənsə ona xəyanət edirsən.
O isə mənə dedi ki, nə olsun çörək qazanmağa gedib, mənə çörək lazım deyil, kaş burda olaydı, mən də ona xəyanət etməzdim. Mən də insanam. Mən də seks istəyirəm. O gedəndən sonra neçə aydır kişi ilə olmurdum, xəstəliyə düşmüşdüm. O gedib Rusiyada rus qızları ilə kefini çəkir, bəs mən nə edim? Mən insan deyiləm? Elə bilirsiz qadınlar seks istəmirlər?
Mən ona nə deyəcəyimi bilmədim. Arada yaranan pauzanı siqaret yandırmaqla doldurmağa çalışdım.
İki həftə olar əri gəlib. Daha görüşə bilmirik.
İndi səndən soruşuram?
O qadın haqlıdırmı? O nə etməlidir? Nə qədər dözsün. Əri ildə gəlib bir ay qalır, yenidən çıxır gedir. Bəs onun da ehtiyacları var axı. Səncə o qadın fahişədir?”
Doğrusu, mən də bilmədim dostuma nə cavab verim. Əlac qalır məşhur filmdəki bəlağətlə sizdən soruşmağa: O qadın nədir?! Fahişəmi? Xəyanətkarmı? Yoxsa, elementar fiziki ehtiyacını ödəmək istəyən bir insanmı?/qadinlar.biz/

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın