Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Qadın istənilən halda xəyanəti bağışlamalıdır“ – Elza

“Qadın istənilən halda xəyanəti bağışlamalıdır“ – Elza

Əməkdar artist Elza Seyidcahan müzakirələrə səbəb olacaq açıqlama verib.

Pravda.az-ın xəbərinə görə, MTV-nin efirində qonaq olan sənətçi aparıcının xəyanət mövzusunda verdiyi suala təəccüblü cavab verib.

“Qadın istənilən halda xəyanəti bağışlamalıdır. Qadın elə qadındır. Bağışladığı şəxs uşaqlarının atasıdır. Kişi onsuz Adəm vaxtından xəyanət edir. Bir almaya satılan kişidən nə gözləyirsiz? Həvva onu bir alma ilə aldadıb cənnət bağından çıxartdı. Qəti fikrimdi, rəyimdən dönmərəm. Düzdü, sevirsənsə, bağışlamalı, sevmirsənsə ayrılmalısan”,- deyə E. Seyidcahan qeyd edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …