Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Qadın fəxr etməlidir ki, xoruzu gedib başqa damın üstündə banlayır” – Cavanşir Məmmədov

“Qadın fəxr etməlidir ki, xoruzu gedib başqa damın üstündə banlayır” – Cavanşir Məmmədov

“Sevgi azaddır, hər kəsin sevməyə ixtiyarı var. Qadınlarda məsuliyyət böyüktür. Qadın fəxr etməlidir ki, xoruzu gedib başqa damın üstündə banlayır. Amma elə xoruz olmalıdır ki, ayağını sındırıb damdan yerə atmasınlar”.

Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “MTV maqazin” proqramında deyib. Müğənni kişi xəyanətindən danışıb.

C.Məmmədov açıq-saçıq geyinən sənət adamlarından da danışıb. O bildirib ki, ifaçı efirə açıq geyimdə çıxmamalıdır:

“Geyim həddi, əndazəsi var. Bizimkilər keçib… Çimərlik var, hər şey var, bədənini mənə niyə göstərirsən? Nə var özün bilirsən. Yox, əgər müştəri axtarırsansa, onda özünə oxuyan adı qoyma. Oxuyanın geyimi var, müəyyən yerə qədər soyuna bilər. Müğənni gələndə özü ilə bir-iki geyim gətirməlidir: Baxsın format necədir, ağsaqqal, həkim oturur. Bayram, şoudursa, eybi yoxdur, geyin. Amma durub belini balaca, bədənini şişirdirsən. Camaat səni qəşəng tanıyır. Öz evində ola bilər, telviziyaya İran, Türkiyə, Hindistan, xarici ölkələr baxır. Avropaya inteqrasiya edirik, amma çərçivədə olmalıyıq. Soyunan adama biri bir kəlmə desə, qayıdacaq ki, anan, bacın, müsəlmançılığın haradadır. O, özünü açıb qoyub. Amma kişilərədə deyirəm: ay kişi, sənin ətrafın, ailən, oturanda onların üzünə necə baxırsan?”.Axşam.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …