Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Qabağa gedirəm, deyirlər: “bic köpəkoğlu”, dala qalıram, deyirlər: “gic köpəkoğlu”

“Qabağa gedirəm, deyirlər: “bic köpəkoğlu”, dala qalıram, deyirlər: “gic köpəkoğlu”

“ARB telekanalında Elgiz Əkbərlə birlikdə yeni verilişdə birlikdə aparıcılıq edirəm. Çalışacağıq ki, bu layihəmizdə gənclərimizə lazımlı, maarifləndirici, aktual məsələlərə yer verək. Dedi-qodu, qalmaqal görməkdən hamımız yorulmuşuq”.
Bunu Moderator.az-a açıqlamasında yeni televiziya mövsümündə özünü veriliş aparıcısı kimi də sınamaq qərarına gələn tanınmış müğənni Əli Mirəliyev deyib.
Ə.Mirəliyev “Digər telekanallarda yayımlanan verilişlərdə də qonaq qismində iştirak edəcəksiniz, yoxsa aparıcılıqla kifayətlənəcəksiniz?” sualımızı da cavablandırıb:
“Mövsüm hələ təzə başlayıb, bəri başdan nəsə deyəcəyim doğru olmaz. Yəqin ki, telekanalın rəhbərliyi də digər telekanallara getməyimə icazə verməz. Həm də ki, artıq 3 saat efirdə olacağam, digər verilişlərə getməyə nə lüzum var. Orda gedib nə edəcəyəm ki? Lazım olanı burda edirəm də, həm də ürəyim istəyən kimi. Mikrafon əlimdə, fikirlərimi rahat çatdırıram, o biri telekanallara getsəm qabağıma şərt qoyacaqlar ki, onu belə de, bunu belə elə, mən orda əli-qolu bağlı danışacam. Ancaq burada mənə sərbəstlik veriblər.
Onsuz da oxumağım heç kimə lazım deyil, məni ancaq qalmaqala çağıracaqlar. Mən bunu yaxşı bilirəm. Oxumaq lazım olanda o biriləri verilişlərə çağırırlar, məni isə qalmaqallara. Onlara ziyalı sözü lazım deyil, onlar acaq reytinq güdürlər. Dəvəni toya çağırmazlar ki, dəvə ancaq meşəyə odun dalıyca gedəcək. Məni də ancaq buna görə çağırırlar.
Bir adam mənə zəng edib demir ki, Əli müəllim, gəl bir-iki mahnı oxu. Zəng edən deyir ki, Əli müəllim, filankəs səninçün belə dedi, elə dedi. Mən də qalıram ortada. Mən köpəkoğlu bu dünyaya bəyəm qalmaqalçı gəlmişəm? Qırx il əsgər kimi fortopianonun yanında dayanıb oxumuşam, amma heç kim məni tanımayıb. On ildir ki, danışıram, olmuşam xalqın sevimlisi. Belə də millət olar, belə də musiqiyə qiymət vermək olar?”
Müğənni sosial şəbəkələrdə haqqında yazılanlardan da gileylənib:
“Yeni açdığımız verilişin baxımlı olması da artıq paxıllığa səbəb olub. Paxıllıqdan sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Deyirlər ki, güya çox danışıram, məni bəyənmirlər. Atalarımızın bir misalı var və hər dəfə də mən bunu işlədirəm: “Qabağa gedirsən, deyirlər: “bic köpəkoğlu”, dala qalırsan, deyirlər: “gic köpəkoğlu”. İndi mən də qabağa gedirəm, deyirlər: “bic köpəkoğlu”, dala qalıram, deyirlər: “gic köpəkoğlu”. Mən də çağbaş qalmışam, hansından olduğumu bilmirəm. Nə edim indi, hansından olum axı?”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın