Ana səhifə / Şou Biznes / Qənirə Paşayevadan Sultan bəyin baxımsız məzarı ilə bağlı – REAKSİYA

Qənirə Paşayevadan Sultan bəyin baxımsız məzarı ilə bağlı – REAKSİYA

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın görkəmli oğlu Sultan bəy Sultanovun Türkiyənin Qars şəhərinin Koçköyü kədində məzarının baxımsız olması ilə bağlı xəbərə reaksiya verib. Millət vəkilinin məsələ ilə bağlı feysbuk səhifəsində yayımladığı bildirişi təqdim edirik:

“Əziz dostlar!
Elnur Elturk bəyin mənə göndərdiyi məqaləni narahatlıqla oxudum. Məqalədə 20-ci əsrin əvvəllərində Anadoluda və Azərbaycanda TÜRK millətinə qarşı amansız soyqırım və qətliamlarda əsas rol oynamış cinayətkarlardan erməni daşnak Andranikin quldur dəstələri ilə ciddi mübarizə apararaq Zəngəzurun, Qarabağın qorunmasında böyük xidmətləri olan Sultan bəy Sultanovun məzarının Qarsın Koçköyü kəndində yaxşı vəziyyətdə olmadığı yazılır və insanlarımıza onun yüksək səviyyədə düzəldilməsi ilə bağlı çağırış edilir. 20-ci əsrin əvvəllərndə erməni daşnaklarının, quldur dəstələrinin xaricdəki havadarlarının dəstəyi ilə törətdiyi böyük cinayətlər, soyqırımlar barədə təxminən 20 il əvvəl sənədli filmlər hazırladığım zamanı yaxından öyrənmişdim Sultan bəy Sultanovun fəaiyyətini və onun gördüyü böyük işləri. Onların sonralar Qars bölgəsinə köçmək məcburiyyətində qaldıqlarını da. Bu yazını oxuduqdan sonra Qarsın bələdiyyə başqanı, dəyərli qardaşımız və dostumuz Murtaza Karaçanta bəyi aradım və onunla geniş fikir mübadiləsi apardıq. Murtaza bəy söz verdi ki yaxın günlərdə Sultan bəyin qəbir üstünün və ətrafının yüksək səviyyədə düzəldilməsini həyata keçirəcək. Xahiş etdim ki onun xidmətləri barədə yazının əks olunduğu lövhə də qoyulsun qəbrin yaxınlığına ki gənc nəsillərimiz o tariximizi heç zaman unutmasın. Qərara gəldik ki yaxın günlərdə qəbirüstü abidə qoyulacaq, ətraf tam abadlaşacaq və hər şey hazır olanda Azərbaycandan dostlarla birlikdə Qars ictimaiyyətinin və gənclərinin də iştirakı ilə Sultan bəyin qəbrini ziyarət edib ruhuna dualar oxuyaq.”

Qeyd edək ki, Xosrov və Sultan bəy qardaşlarının Azərbaycanda olan fəaliyyətləriylə bağlı xeyli kitablar və məqalələr yazılıb. Sultan bəy Türk dünyasının düşməni Andranikin bütün ordusunu Zəngəzur bölgəsində məhv etməklə, daşnakların strateji planlarını iflasa uğradıb. Məhz onun uzaqgörənliyi nəticəsində 10 may 1917-ci il tarixində Qaragöl döyüşündə düşmənin əsas qüvvəsini sıradan çıxartmışdı. Onların qəhrəmanlıq səlnaməsi bu gün və gələcək nəsillər üçün örnəkdir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın