Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Qələbəyə hər gün bir addım daha da yaxınlaşırıq”- FOTO + VİDEO

“Qələbəyə hər gün bir addım daha da yaxınlaşırıq”- FOTO + VİDEO

Bu sözləri “Most Fashionable Awards” 2015 beynəlxalq mükafatladırılma mərasimində ictimai xadim, iş adamı Hacı Quliyev deyib.
H.Quliyevə mükafat təqdim olunarkən qısa çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycan çox həssas günlərini yaşayır və hər bir gün bizi qələbəyə doğru aparır:
“Sözsüz ki, belə həssas günlərdə mükafata layiq görülməyimiz bizi ikiqat sevindirir. Təşkilatçılar ən son məqama qədər bizi intizarda saxladılar və biz bu mükafata layiq görülüb-görülməyəcəyimizi dəqiq bilmirdik. Nəticə məlum oldu… Buna görə də təşkilatçılara təşəkkür edirəm. Xüsusi ilə səsvermədə məni dəstəkləyən və sevənlərə minnətdaram ki, sosial şəbəkələrdə aktiv olub, mənə səs veriblər”.
Son günlər Ermənistan atəşkəsi pozduğu üçün səngərlərdə döyüşən hərbiçilərimizə dəstək məqsədiylə H.Quliyev beynəlxalq mükafatlandırma mərasiminə xüsusi geyimlə qatılıb. O, qalstuk-kəpənək və cib yaylığında hərbi arnamentlərdən istifadə edib ki, bu da qonaqların diqqətini çəkib:
“Beynəlxalq mükafatlandırma mərasiminə məhz bu cür jest etməyimə səbəb hərbiçilərimizə səmimi qəlbdən dəstək olmaqdır. Onların işi şərhsizdir. Həssas zamanda yaşamağımızı nəzərə alaraq, hərbiçilərimizə dəstək olmağı özümə vətəndaş borcu bilirəm. Allah döyüşlərdə şəhid olan əsgərlərimizə də rəhmət eləsin, onları sevənlərə də səbir versin!”
Məlumat üçün bildirək ki, mükafata layiq görülənlər arasında iş adamlarıyla yanaşı, mədəniyyət və incəsənət, o cümlədən idman və turizm sahələrinin seçilən nümayəndələri də yer alıblar.
Layihənin beynəlxalq prezdenti Zamir Hüseynov, Azərbaycan direktoru Aqil Məmiyevdir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın