Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / “Qəfəs”in məşhur siması restoranlarda klounluq edir (VİDEO)

“Qəfəs”in məşhur siması restoranlarda klounluq edir (VİDEO)

Təxminən 12 il öncə ölkədə bir çox stereotipləri qıran “Qəfəs” realiti şousu bir çox gənclər üçün məşhurlaşmaqda əsl vasitə oldu. Kimisi bu günə kimi də məşhurluğuna məşhurluq qatmaqda davam edir, kimisinin də şöhrəti elə realiti şounun ömrü qədər oldu.
365.az xəbər verir ki, şounun xarakteri və təbii davranışları ilə seçilən ən məşhur üzvlərindən Hicran Bayramova ilə bağlı bir neçə məlumat əldə edilib.
Məlum olub ki, Hicran hazırda paytaxtın bir neçə restoranlarında klounluq edərək iki övladını dolandırmaq məcburiyyətindədir.
Araşdırmamız zamanı Hicranın övladlarının da həmin məkanlarda həmyaşıdlarını əyləndirmək məqsədi ilə məşhur cizgi filmi qəhərmanları obrazında səhnə aldıqları məlum olub.
Qeyd edək ki, realiti şoudan sonra ailə quran Hicran həyat yoldaşından ayrılıb. Bir qız, bir oğlan övladı var.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …