Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Şou Biznes / Qəbul imtahanında ediləcək dəyişikliklər təhsilə nə verəcək?

Qəbul imtahanında ediləcək dəyişikliklər təhsilə nə verəcək?

Ali məktəblərə qəbul qaydaları dəyişdirilir. Təhsil nazirinin sözlərinə görə, hazırda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi təklifinə hökumətdə baxılır.

Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayaraq hökumətə təqdim edib. Təhsil naziri Mikayıl Cabbarov bu barədə ““Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” tədbirində bildirib. Nazirin sözlərinə görə, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq. O bildirib ki, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair, yəni, qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər hökumətə təqdim olunub. Nazir qeyd edib ki, hazırda həmin təklifə hökumətdə baxılır: “Bu dəyişiklik qəbul olunsa, ölkədə ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.

Həmçinin Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul qaydalarında edilən dəyişiklikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verir. Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyənləşdirəcəklər.

Maraqlıdır, Təhsil nazirinin yeni təklifləri təhsil hansı faydanı verəcək? Qəbul zaman ali məktəblərdə tələbələrin sayının artırılması ilə nəyə nail olunacaq, onlar gələcəkdə işlə təmin edilə biləcəklərmi?

Təhsil eksperti Kamran Əsədov bu adımın çoxdan atılmalı bir addım olduğunu dedi: “Dünya təcrübəsində ildə bir dəfə keçirilən və 3 saatlıq imtahanda məzunun gələcəyinin, taleyinin həll olunması qəbul edilmir. Bu qayda abituriyentlərin imkanlarını məhdudlaşdırırdı. Ona görə də bu addım atılmalı idi. Bundan əlavə Dövlət İmtahan Mərkəzi onsuz da il ərzində ali məktəblərə qəbul imtahanlarını iki dəfə həyata keçirirdi. Belə ki, may ayında əvvəlki illərdə məzun olmuş şəxslər, iyul ayında isə cari ilin məzunları I,II,III və IV ixtisas qrupu üzrə qəbul imtahanı verirdi. Sadəcə olaraq mayda qəbul imtahanı verən abituriyent iyunda, iyulda imtahan verən abituriyent isə mayda keçrilən qəbul imtahanında iştirak edə bilməzdi. İndi hər iki imtahanda bütün abituriyentlərə işrirak etmək imkanı verildi. Ötən müddət ərzində biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə əsaslanaraq, qəbul imtahanlarının məzmunu, modeli və s. ilə bağlı bir çox yeniliklərə imza atan, təcrübəsi dünya səviyyəsində qəbul olunan TQDK zaman-zaman yeni layihələrini ortaya qoyur. Bu təcrübələri gündəmə gətirməzdən əvvəl digər ölkələrin tələbə qəbulu sistemindəki qabaqcıl təcrübəsini öyrənsə də, komissiya indiyədək heç bir ölkənin qəbul sistemini olduğu kimi təlqin və tətbiq etməyib. Prosesə qlobal yanaşılmasına baxmayaraq, yeni milli modelin yaradılması üzərində işlər daim davam etdirilib və etdirilir. Qəbul İmtahan Mərkəzinin tələbə qəbulu sistemindəki bu ilki yenilikləri də bu baxımdan istisna deyil”.

K. Əsədov qəbul imtahanlarının bir dəfə deyil, iki dəfə keçrilməsinin abituriyentləri əlavə stressdən qurtaracağını dedi: “Bir çoxları elə düşünür ki, iki imtahan cəmi toplanacaq. Xeyr. İki imrahanda iştirak edəcək abituriyent misal üçün imtahanın birində 250, 2-cisində isə 300 bal toplayacaq. O daha üstün imtahan nəticəsi ilə ixtisas seçimində iştirak edəcək. Bu kifayət qədər qəbul prosesindən sonra ixtisas seçimini qəlizləşdirəcək. Yəni abituriyentlər daha çox diqqətli olmalıdır və peşəkarlara müraciət etməlidir. Daha əvvəlki illərin statistik göstəriciləri kömək etməyəcək. Yəni iki imtahandan abituriyent hansının nəticəsini istəsə onunla da elektron ixtisas seçimində iştirak edəcək. Bundan başqa abituriyentlərin hər iki imtahanda iştirak etməsi məcburi deyil. Əgər bir imtaahnda yüksək nəticə əldə etsə və əldə etdiyi nəticə onu qane etsə, təkrar növbəti imtahanda iştirak etməyə bilər. Bu prosesin olmasını məcbur edən amil o idi ki, birinci yerləşmədə plan yerləri dolmurdu. Ona görə də DİM məcbur qalıb əlavə yerləşdirmə həyata keçirirdi. İxtisas seçiminə buraxılan abituriyentlərin sayı plan yerindən az olduğuna görə nə qədər əlavə qəbul keçirilsə belə, yenədə boş qalacaq. Amma indi iki imtahanda iştirakdan sonra daha çox abituriyent keçid balını toplayıb ixtisas seçiminə buraxılacaq. Bu o demək deyil ki, əlavə qəbul aparılmayacaq. Bu yenədə olacaq. Çünki abituriyentlər ilkin olaraq daha üstün yerləri seçirlər. Amma bu zaman ən çox bal toplayan həmən yerə qəbul olur. Abituriyentlər tərəfindən həmişə az seçim edilən ixtisaslar və universitetlər var ki, bu boş qalan yerlərin yaranmasına da səbəb olur. Bu boş yerləri abituriyentlər ikinci yerləşdirmədə məcburən seçib qəbul olurlar. Bütün hallarda bu il olduğu kimi yüksək sayda boş plan yerləri əlbətdə ki, qalmayacaq. Düşünürəm ki, buraxılış imtahanları keçirilməyəcək. Yalnız iki dəfə keçrilən qəbul imtahanlarında müəyyən edilmiş bal həddini keçmiş şəxslər atestatla təmin olunacaq”.

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın