Ana səhifə / Şou Biznes / Pyer Rişar: “Mən Rusiya və Bakını sevirəm”

Pyer Rişar: “Mən Rusiya və Bakını sevirəm”

Məşhur fransız aktyoru Pyer Rişar Rusiya və Azərbaycana səfərlərinin təəssüratlarını və yaddaqalan anlarını bölüşüb. “Report” xəbər verir ki, P.Rişar “Vestnik Kavkaza”nın əməkdaşı ilə söhbətdə əvvəlcə qonşu ölkəyə, sonra isə vətənimizə səfərlərindən danışıb.
“Rusiya barədə məndən soruşanda dərhal orada görüşdüyüm insanları düşünürəm. Mən onları çox sevirəm. Məncə, bu sevgi qarşılıqlıdır. Heç təsəvvürünüzə də gətirə bilməzsiniz ki, mən orada olanda ofisimə nə qadər adam gəlmişdi. Özü də çox maraqlı ideyalar verirdilər: restoranlar şəbəkəsi açmaq, mənim adım altında araq istehsal itmək və s.”, – deyə fransız komediya aktyoru bildirib.
Frana və dünya kinosunun ulduzu, həmçinin uzun illər əvvəl Bakıya baş tutmuş səfərindən də danışıb. 20 il əvvəl paytaxtımıza səfər etdiyini xatırladan P.Rişar Bakı barədə ən yaddaqalan təəssüratlarından danışıb: “Mənim üçün ən parlaq təəssürat orada hələ də kürü almağın mümkünlüyü idi. Onu satan adam kürünü cibimə elə basdı ki, sanki ucuz bir paştet verir. Parisdə kürünün qiymətinin çox yüksək olduğunu bildiyimdən heyran qalmışdım. Bakını sevməmək mümkün deyildi”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın