Ana səhifə / Şou Biznes / Putinin 12 dostu – Siyahıda İlham Əliyev də var

Putinin 12 dostu – Siyahıda İlham Əliyev də var

Rusiya prezidenti Vladimir Putinin dünya ölkələri arasında 12 xarici dostu var.

Bu, Ukraynanın Ordu, Konversiya və Tərkisilah mərkəzinin analitiklərinin apardığı araşdırma nəticəsində məlum olub.

Putinin dost hesab etdiyi ölkələr arasında Çexiya, Macarıstan, Yunanıstan, Kipr, Serbiya,Monteneqro, Finlandiya, Türkiyə, Misir, İran, Azərbaycan və Ermənistan yer alır.

Analitiklər hesab edir ki, Çexiyada güclü Rusiyaya meyillilik var. Çünki kommunistlər ölkədə əsas təsiredici qüvvə hesab olunur. Amma iqtisadi problemlərə görə biznes tərəfdaşı baxımından Rusiya Çexiya üçün cəlbedici deyil. Buna görə də Çexiyada heç kim Avropa ilə əməkdaşlığı təhlükə altına salmaq istəmir və vətəndaşların əksəriyyəti Avropa yolunu dəstəkləyir.

Macarıstan Rusiyanın əsas forpostu hesab olunur. Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə enerji daşıyıcıları sahəsində əməkdaşlığın perspektivli olduğunu düşünür .Amma analitiklər bunu “uğurlu siyasi oyun” hesab edirlər. Bunun təsdiqi kimi Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanması ilə bağlı təkrar səsvermə göstərilir. Putinin dəstəyi onlara yalnız Avropa ittifaqında iqtisadi çətinliklər olan zaman lazım ola bilər.

Yunanıstanı ekspertlər risk qrupuna daxil ediblər. Bu ölkədə ciddi rus lobbisinin mövcudluğu onu göstərir ki, Yunanıstan öz hava məkanını Suriya istiqamətində Rusiyaya verib. Yunanıstan Avropa İttifaqındakı gərgin vəziyyətlə əlaqədar Rusiyanın dəstəyinə arxalana bilər.

Kiprlə dostluq münasibətləri ona əsaslanır ki, 2008-ci ildə Kipr Rusiya iqtisadiyyatının əsas investorlarından biri olub. Rusiyada iqtisadi böhran ona gətirib çıxardı ki, Kipr Rusiyaya qarşı sanksiyaları tənqid edir, amma heç bir addım atmır.2013-cü ildən etibarən isə Kipr Avropa İttifaqından maliyyə yardımı almağa başlayıb.

Serbiya hələ də Rusiyanı tarixi müttəfiqi hesab edir. Serbiya MDB-dən kənar yeganə ölkədir ki, onun Rusiya ilə azad ticarət haqqında razılaşması var. Amma Rusiya Serbiyada iqtisadiyyatın artımına təsir edə bilmir. Bununla yanaşı Serbiya Avropa İttifaqına daxil ola biləcək namizəd ölkə statusuna malikdir. Analitiklərin fikrincə, Serbiya bütün geosiyasi güclərdən gəlir əldə etmək üçün Moskva ilə “oyun oynayır”.

Monteneqroda vəziyyət tam aydın deyil. Ölkə NATO-ya daxil olmaq qərarına gəlib. Amma siyasi şərhçilərin fikrincə, ölkədə NATO əlehinə çıxışlar olsa da bu ciddi dəyişikliyə səbəb olmayacaq. Onlar hesab edir ki, “geosiyasəti boş ciblə oynamaq olmaz”. Yəni Rusiyanın iqtisadi cəhətdən möcüzə silahı yoxdur.

Finlandiya hələ də Rusiyadan müəyyən asılılığını saxlayır. Amma Rusiyada iqtisadi böhranla əlaqədar olaraq ölkə mərhələlərlə enerji asılılığını azaldır. Hər iki ölkənin iqtisadiyyatı bir -birilə sıx bağlıdır.Ukrayna böhranından sonra Finlandiya müdafiə sistemini gücləndirməyə başlasa da , rəsmi Helsinki Moskva ilə isti münasibətlərini saxlamaqdadır.

Türkiyə üçün son dövrlərə qədər Rusiya ikinci əsas tərəfdaş olub. Krımın ilhaqı və Rusiyanın Ukraynanın şərqində həyata keçirdiyi əməliyyatlar Türkiyə -Rusiya münasibətlərinə heç bir təsir etməmişdi. İki ölkə arsında münasibətlərin gərginləşməsi Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra başladı.

Misirin Rusiya ilə yaxınlığı əsasən onunla bağlıdır ki, ölkə ABŞ-qarşıdır. Ona görə ki, Vaşinqton İsraili dəstəkləyir. Həmçinin Misirin iri məbləğdə borcu var.

İran və Rusiya Suriyadakı maraqları eynidir. Bunun hesabına Rusiya-İran alyansı mövcuddur. Rusiya üçün xoşagəlməz fakt isə İranın dünya bazarında qiymətləri aşağı salmasıdır. İran ixracdan əldə olunan gəlirlərin azalmasına dözsə də, bu Səəudiyyə Ərəbistanına ciddi zərbə vuracaq.

Araşdırmada qeyd olunur ki, Azərbaycan da son dövrlər Rusiyaya meyl edir. Azərbaycan tərəfi bəyan edib ki, Avropa İttifaqı ilə əməkdaşlığı dayandırır və Rusiya əleyhinə sanksiyalara qoşulmur. Azərbaycan hərbi gücünün inkişaf etdirilməsi üçün addımlar atır və iri məbləğdə maliyyə vəsaiti xərcləyir.

Analitiklərin araşdırmasına görə, iki ölkənin əməkdaşlıqdan Ermənistan əhəmiyyətli mənfəət əldə edə bilməyib. Hələ ki, Rusiyanın maliyyə və siyasi köməyi ölkəni xilas edir.

Yekunda analitiklər belə qənaətə gəliblər ki, Putinin xarici ölkələr arasında özünə dost seçmə cəhdləri uğursuzluğa uğrayıb. O ölkələr Putinlə birgə olduğunu nümayiş etdirsələr də, əslində öz problemlərini həll etməyə çalışırlar. (Ans)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın