Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Puqaçovanın SSRİ vaxtında qadağan olunan klipi yayılıb

Puqaçovanın SSRİ vaxtında qadağan olunan klipi yayılıb

Dövlət Teleradio Fondu Alla Puqaçovanın “Aysberq” mahnısına çəkilən videoklipi paylaşıb. 

Sputnik Azərbaycan“RİA Novosti“yə istinadən xəbər verir ki, klip 1984-cü ildə Soçidə çəkilib.

“Rossiyskaya qazeta” yazır ki, Leninqrad televiziyasında premyerasından sonra video efirdən yığışdırılıb. Ölkə rəhbərliyi guya müğənninin pozalarını olduqca vulqar hesab edib.

Qeyd edək ki, mahnının musiqisini Puqaçovun ansamblında olan İqor Nikolaev yazıb.

Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur. Artıq Rusiya Prezidenti Vladimir Putin də müğənnini yubiley münasibəti ilə təbrik edib.

Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə “Yunost” radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı “Dostluq” ordeni ilə təltif edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …