Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Pulsuz çimərliklər haqda nağıllara inanmayın!

Pulsuz çimərliklər haqda nağıllara inanmayın!

İyunun 11-də Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bəyan etdi ki, çimərliklərə giriş birmənalı olaraq ödənişsizdir. “Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb.

“Şıx” çimərliyinin ödənişli olmasında isə məsələ dənizə girişdə deyil. Orda xüsusi xidmət sahələri – otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik ödənişsizdir və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”. Ə. Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb: “Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri isə Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir” (APA). Bizi Əlabbas Bağırovun “Şıx” çimərliyi ilə bağlı sözləri təəccübləndirdi. Ona görə ki, Hacıbala Abutalıbovun “Bakı çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında” Sərəncamda “Şıx” çimərliyinin ödənişli olması barədə qeyd yoxdur. Əlabbas Bağırovla əlaqə saxladıq.
“Mən heç də onu demirdim ki, otellərin ərazisinə giriş zamanı çimərliklər pulludur”, – deyə Ə.Bağırov kavkaznews.az.-a bildirib.hqdefault5-300x192-1-300x192-1-1

O qeyd edib ki, APA-ya müsahibəsində sadəcə xidmətlərin ödənişli olduğunu bildirib. “Çimərliklərdə çimmək isə ödənişsizdir”, – deyə mətbuat xidmətinin rəhbəri bildirib. “Əgər kimsə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamına əməl etmirsə, deməli, qanunu pozur. Biz bu bu şəxslər barəsində tədbirlər görürük”, – deyə Ə.Bağırov əlavə edib. “Hansı tədbirlər görürsünüz?” deyə soruşduq. Ə.Bağırov kavkaznews.az-a belə cavab verdi:”Biz onlara deyirik ki, belə etməsinlər.

4f3cc1355af150b87ca1b52c1037f361-1“Qaynar xətt”imiz var, vətəndaşlar çimərliklərdə ödənişli xidmət haqda məlumat verə bilər. Biz qanunu pozanlara bildiriş göndərir, maarifləndirir və cərimə edirik”.“Siz onları cərimələyəcəksiniz, amma onlar yenə də çimərliyə görə pul istəyəcəklər. “Amburan” və “Aysberq” istirahət mərkəzlərinin əməkdaşları bizə bildirib ki, onların ərazisində çimərlik ödənişlidir”, – deyə xatırlatdıq.“Çox zaman gördüyümüz tədbirlər səmərəli olmur”, – deyə Əlabbas Bağırov etiraf etdi.

“Heç kimin ixtiyarı yoxdur ki, çimərliyə giriş üçün vətəndaşlardan pul tələb etsin. Bakı Şəhər İcra Hakimiyyətinin qərarına görə, bütün çimərliklərə giriş ödənişsizdir. Əgər kimsə vətəndaşlardan pul tələb edirsə cəsarətlə (012) 566 83-71 nömrəli “Qaynar xətt”ə zəng etmək lazımdır. Biz lazımi tədbirlər görəcəyik”, – deyə Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib (armud.az).1d3597

“Khazar Golden Beach Hotel”in əməkdaşı bildirib ki, çimərliyə giriş 10 manatdır.“Sizə məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının qadağa barədə qərarı sizə məlumdurmu?” – deyə soruşduq. Təəssüf ki, bu suala cavab ala bilmədik.

“Jumeirah Bilgah Beach Hotel”in bizə adını bildirmək istəməyən əməkdaşı bildirdi ki, çimərliyə giriş haqqı 45 manatdır.

“Bazar günləri adambaşı 55 manat ödəmək lazımdır. Amma növbəti həftə ödəniş adi günlər 25 manat, həftəsonu isə 35 manat olacaq”, – deyə “Jumeira”nın əməkdaşı qeyd edib.

“Məgər Bakı ŞİH başçısrest-gallery-140ının çimərlikdə əhalidən pul alınmaması barədə qərarı sizə aid deyil?” – deyə soruşduq.

“Əlbəttə, aiddir. Elə buna görə də, endirimlər etmişik”, – deyə həmsöhbətimiz sayta cavab verdi.

Əlabbas Bağırov mətbuata müsahibəsində vətəndaşlara səsləndirdi ki, cəsarətlə “Qaynar Xətt”ə zəng etsinlər.

“Khazar Golden Beach Hotel” və “Jumeirah Bilgah Beach Hotel” istirahət mərkəzlərinin əməkdaşları ilə danışdıqdan sonra, “Qaynar Xətt”ə yox, Əlabbas Bağırovun özünə “cəsarətlə” zəng etdik. «Bəli, Hacıbala Abutalıbov sərəncam verib ki, Bakının bütün çimərlikləri ödənişsiz olmalıdır. Bu sərəncam hər il yenilənir”, – Ə.Bağırov fəxrlə cavab verdi.

Biz ona sözügedən istirahət mərkəzlərində eşitdiklərimizdən, orda vətəndaşlardan çimərliyə görə ödəniş alınmasından danışdıq.

Və fəxrlə sorskachanny-e-fajly-1-438uşduq ki, heç kimin əməl etmədiyi sərəncamı hər il yeniləmək nəyə lazımdır? Əlabbas Bağırov daha beş dəqiqə sonra zəng etməyimizi xahiş etdi. Biz ona bir müddət sonra zəng etdik, amma dəstəyi qaldıran olmadı.“Əgər Bakı Şəhər İctimaiyyəti başçısının sərəncamı hansısa məna daşısaydı, bu gün sahilboyu ərazilər oliqarxlar tərəfindən zəbt olunmazdı”, – deyə professor, fəlsəfə elmləri doktoru, humanitar məsələlər üzrə ekspert Əli Abbasov bildirib.skachanny-e-fajly-1-439

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bu barədə daha sərt danışıb: “Əgər Hacıbala Abutalıbovun sərəncamlarına əməl olunmursa, bu o deməkdir ki,o  tutduğu vəzifədən çoxdan getməlidir”.

O, təəssüflə vurğulayıb ki, Xəzər sahilindəki bütün çimərliklər zəbt olunub.

“Biz xüsusi mətbuat konfransı keçirməyə və Bakı ŞİH başçısının sərəncamının icra olunmadığı, habelə çimərliklərin zəbt olunduğu haqda danışmağa hazırlaşırıq”, – deyə N.Cəfəroğlu əlavə edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın