Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Pullu ər axtarışında: qırmızı diplom nə üçün lazımdır?

Pullu ər axtarışında: qırmızı diplom nə üçün lazımdır?

XX əsrdə artıq heç kəsi qırmızı diplomala təəccübləndirmək mümkün deyil. Amma bununla belə, universitetə ərə getmək üçün daxil olanlar hələ də var. Bəziləri üçün qırmızı diplom pullu ər axtarmaq üçün vacib şərtdir.
Virtualaz.org xəbər verir ki, Rusiyanın life.ru saytı bununla bağlı geniş araşdırma aparıb. Saytın yazdığına dörə, hər il Moskva Dövlət Universitetinə, Rusiya Xalqlar Dostluğu Universitetinə bu qırmızı kağız üçün qəbul olan xeyli tələbə var. Təcrübə göstərir ki, bir çox hallarda belə tələbələrin çoxu ali məktəbi bitirə bilmir və ya oxumaqda çox əziyyət çəkirlər. Hətta imtahandan kəsilməmək üçün müəllimə yalvarırlar, iş üçün deyil, ailələrinə görə yaxşı qiymətlərlə ali məktəbi bitirməli olduqlarını deyirlər. Yerli diaspora nümayəndərlərinin bildirdiklərinə görə, qırmızı diplomlu qızı ona görə alırlar ki, o, uşaqlarına yaxşı təhsil versin və ərini dostları arasında biabır eləməsin.
“Valideynlərim həmişə mənim tərbiyəmlə çox ciddi maraqlanıblar. Hələ mən yeniyetmə olanda valideynlərim deyirdilər ki, əgər oxusam, zəngin və qayğıkeş adama ərə gedə bilərəm”, – 28 yaşlı Anuş deyir. “Mən diplomu bizdə – Yerevanda da ala bilərdim, amma valideynlərim Moskvaya gələrək Moskva Dövlət Universitetində təhsil almağımı təkid etdilər. Mənim təhsil haqqıma görə atamın çoxlu borcu yarandı. Əslində, mən bundan çox narahat idim, amma anam deyirdi ki, buna dəyər”, – deyə erməni qız sözünə davam edir.
“Sonrakı qiymətlərimin hamısı yüz faiz mənim əməyimin nəticəsi idi. Müəllimlərim mənim çox əziyyət çəkdiyimi görüb yüksək qiymət qoyurdular. Beləcə, mən valideynlərimə söz verdiyim kimi, MDU-nu fərqlənmə diplomu ilə bitirdim. Həqiqətən də valideynlərimin istədiyi kimi layiqli şəxslə ailə qurdum. İndi Moskvada yaşayırıq və 3 uşağımız var. Amma karyeram çox uğursuz oldu, hələ də iş tapa bilməmişəm”, – Anuş söyləyib.
Digər bir tələbə isə 27 yaşlı Ayanadır, onun ailəsi Qırğızıstandandır. Deyir ki, universitetə daxil olmamışdan əvvəl nişanlanıb.
Ailələrin arasında razılıq olub ki, ərə gedəndən sonra işləməyə qoymayacaqlar. Amma bununla belə, Ayananın valideynləri onun təhsil almasını istəyiblər.
“İkinci kursda oxuyarkən ərə getdim. Sonra mən təhsilimi qiyabi formada davam etdirdim. Çünki ərimə qulluq etmək, ev işləri ilə məşğul olmaq lazım idi. Təhsil mənə atamın dediyi kimi, “cəmiyyət içərisində özünü apara bilmək üçün” lazım idi. Birdən mən onun iş yoldaşları və dostlarının arasında nəyisə düz demərəm. İstəyirəm ki, ərim mənimlə fəxr edə bilsin”, – deyə Ayana bildirir.
Dağıstanlı 53 yaşlı ailə başçısı Ramis Camaloviç isə hesab edir ki, milli ənənələrə görə, kişiyə təhsilli həyat yoldaşı ona görə lazımdır ki, uşaqlara görə heç vaxt narahatlıq keçirməsin.
“Mydiaspora” Tanışlıq xidmətinin rəhbəri Arsen Kazibekovun sözlərinə görə, evlənənlər üçün ali təhsil vacib amildir. Onun sözlərinə görə, elə ailələr var ki, onlar məhz qırmızı diplom tələbi qoyurlar.
“Diplom nə qədər yüksək olsa, ər də bir o qədər pullu olar”, – deyə Kazibekov bildirib.
Qafqaz regionunda, xüsusən də Dağıstan, Çeçenistan, İnquşetiya, Osetiya, Kabardin-Balkar respublikalarında qız seçərkən onun həkim olmasına çox qiymət verirlər. Ailədə həkim gəlinin olması böyük üstünlük hesab olunur. Belə qadın, bir növ, ailə həkiminə çevrilir və bütün qohumlar ondan məsləhət alırlar.
Moskvadakı Gürcüstan diasporunun nümayəndəsi Kristina Porçikidzenin sözlərinə görə, ölkəsində qızın ərə getməsi üçün ali təhsil, xüsusən qırmızı diplomla bağlı deyilənlər artıq keçmişdə qalıb. İndi qırmızı diplomu ancaq yaxşı karyera üçün istəyirlər.
Ümumrusiya təhsil fondunun prezidenti Sergey Komkovun sözlərinə görə, sovet dövründə qırmızı diplomlu gəlin üstünlük hesab olunurdu. Amma indi bu heç kimi maraqlandırmır, kişilər ancaq xarici görünüşə fikir verirlər, qızın valideynləri isə bəyin maddi gəlirinə.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın