Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Prokurorluq “Medilux”dakı ölüm hadisəsini araşdırırmı?

Prokurorluq “Medilux”dakı ölüm hadisəsini araşdırırmı?

Bundan əvvəl də xəbər verdiyimiz kimi, yanvarın 10-da Bakının“Medilux” klinikasında əməliyyat olunan 1967-ci il təvəllüdlü, Tovuz rayonu sakini, Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Qafqaznews.az bildirir ki, vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər. Həmçinin, bu günlərdə redaksiyamıza yenidən müraciət edən mərhumun yaxınları istintaq prosesinin ləng getməsindən, ekspertiza nəticələrinin açıqlanmasının yubadılmasından narahatlıq qeyd ediblər. Biz məsələ ilə bağlı araşdırma aparmağa, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyindən də eskpertiza nəticələrini öyrənməyə çalışdıq. Lakin bizə bildirdilər ki, “ekspertizanın nəticələri müstəntiqə veriləcək”. Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Ceyhun müəllim isə bizə “Baş Pkorurorluqla əlaqə saxlamağı” tövsiyə etdi.

12498816_1669322373327633_1562845985_n-1Hələlik, bu məsələ ilə bağlı heç bir nəticə yoxdur. Mərhum Təranə Müseyibovanın qohumları da işin yubadıldığını, ölüm hadisəsində günahıolanların məsuliyyətə cəlb olunmadığını vurğulayıblar. Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrah Dilqəm Məhərrəmovun məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, vəfat edən qadının ailəsi və övladları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət ediblər. Ötən gün isə T.Müseyibovanın qardaşı Asif Vaqif oğlu Ağayev bacısının ölümündəki “qaranlıq” məqamların qanuni çərçivədə araşdırılması və ədalətin yerini tapması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb.Bezy-myanny-j-copy-22

O, bu məktubun surətinin Respublikanın baş prokuroru Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, eləcə də Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin sədri Şakir Musayevə göndərdiyini qeyd edib. A.Ağayevin dövlət başçısına müraciətində bildirir ki, “Medilux”un cərrahı Dilqəm Məhərrəmov sağlam insanı öz ayaqları ilə “Medilux”a gətirdərək, ordan cənazəsini təhvil verib: “Yanvar ayının 9-da deyə-gülə, zarafatlaşaraq klinikaya yola saldığımız bacım Təranə Müseyibovanın səhhəti əməliyyatın səhəri günündə pisləşdi, bir saat sonra xəbər verdilər ki, “xəstəniz dünyasını dəyişib”. Şikayətçinin sözlərinə görə, klinikadancerrahiyye_014bildiriblər ki, guya, onun trombu olub: “Əgər belə idisə, nə üçün əməliyyata alınırdı? Beləliklə, cərrah Dilqəm Məhərrəmov məsuliyyəti öz üzərindən atmağa çalışır. Hətta bəzi yerlərdə bildirir ki, “mən yuxarı yerlərlə danışmışam, ekspertiza mənim əleyhimə rəy çıxarmayacaq”. Hazırda Nərimanov Rayon Prokurorluğunda olan işin araşdırılması da, ekspertiza nəticələri də gecikir”. Biz Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova zəng edərək, istintaq prosesinin yubadılmasının səbəblərini, daha dəqiq desək, ölüm hadisəsinin səbəblərini öyrənməyə çalışdıq. E.Sultanov yanvarın 26-da bildirmişdi ki, hazırda araşdırma gedir və araşdırmanın gedişatı məhkəmə-tibbi ekspertizasının rəyindən asılıdır.ELDAR-Foto-5

Lakin “ölüm hadisəsindən 16 gün keçir, ekspertiza da edilib, onlar da, müstəntiq də bizə bir şey bildirməyiblər. Nə üçün belə gecikir?” – sualına cavabında Baş Prokurorluq rəsmisi bildirib ki, araşdırma yekunlaşandan sonra mərhumun yaxınlarına məlumat veriləcək. “Mərhumun yaxınlarına da araşdırma prosesi və ekspertiza nəticələri ilə bağlı bir cavab verilmir. Onlar da bununla bağlı bizə müraciət ediblər”, – deyə əməkdaşımız qeyd edib. “Nəticələr məlum olan kimi, bu barədə mərhumun ailəsinə məlumat veriləcək. Məsələnin üstündən 1 ay daha keçib, lakin nə mərhumun ailəsinə, nə də mətbuata heç bir açıqlama verilməyib.

Tibbi ekspertizanın nəticələri və prokurorluğun rəyi hələ də naməlumdur. Bu gün  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova dəfələrlə zəng etsək də, bu barədə münasibət almağa müvəffəq ola bilmədik. Təranə Museyibovanın yaxınları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, bu istiqamətdə ciddi iş getmədiyindən şikayətləniblər. Belə ki, mərhumun ailəsinə heç bir məlumat verilmədiyi zamanda Dilqəm Məhərrəmov artıq “lazımi şəxslərlə anlaşdığı” barədə müxtəlif yerlərdə danışdığını deyir. Qafqaz Xəbər Agentliyi olaraq, məsələnin gündəmdə qalmasına, məsələnin araşdırılmasına çalışırıq. Lakin görünür ki, ancaq bizim çalışmağımızla iş bitmir. Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın