Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Şou Biznes / “Primadonna”nın ölümündən 2 il keçdi – FOTOLAR

“Primadonna”nın ölümündən 2 il keçdi – FOTOLAR

Bu gün Azərbaycanın Xalq artisti, mərhum müğənni İlhamə Quliyevanın vəfatının iki ili tamam olur.

İlhamə Quliyeva 1943 cü ilin 17 avqustunda Lənkəran şəhərində müğənni Tükəzban İsmayılova və Məzahir Quliyevin ailəsində dünyaya göz açıb.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-cı ildən sonra isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Bir sıra xarici ölkələrə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrol səfərlərinə gedib.

İlhamə Quliyevanın ailə həyatının ömrü uzun olmayıb. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşı Faiq Mirmöhsünovun soyadını daşıyıb. Lakin müğənni çox keçmədən bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Evliliyi zamanı övladı olmayan İ. Quliyeva xalasının nəvəsi olan Orxan Nadirovu oğulluğa götürüb.

Xalq artisti daima mətbuata müsahibələrində 80-yaşdan çox yaşayacağını desə də, onun ömür yolu 72 yaşında bitib. Müğənni 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Ölümündən bir gün sonra onu İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn ediblər.

Bir zamanlar oxuduğu mahnılar dillər əzbəri olan İlhamə Quliyeva özünü estradanın primadonası adlandırırdı. Özündən sonra səhnəyə gələn bir çox müğənnilər daima ona komplimentlər deyib, rəğbətini qazanmağa, xalq artisti ilə dostluq mövqeyində olmağa, qəzəbinə tuş gəlməməyə çalışırdılar. Yalnız bir neçə müğənni və bir aktrisa cəsarət edib onunla “savaşa” bilmişdi.

Müğənnin vəfatından sonra vəziyyət tamam dəyişdi. Ünvanına xoş sözlər deyib, alqışlayan sənət adamları nəinki onun yas mərasimlərinə qatılmadılar, hətta adını belə tutmadılar. Adı vaxtı ilə müxtəlif titullardan sonra deyilən İlhamə Quliyeva bu gün yalnız mahnılarına görə xatırlanır. (AzVision.az)

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …