Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Prezidentin verdiyi evi banka girov qoyanda bilirdim ki, düzgün addım atmıram”

“Prezidentin verdiyi evi banka girov qoyanda bilirdim ki, düzgün addım atmıram”

“Sizin vasitənizlə ölkə başçısı, cənab prezident İlham Əliyevə öz adımdan, Aygün Bəylər sevərlər, ailəmiz adından öz təşəkkürlərimi bildirirəm. Var olasınız, siz mənə öz ad gününüzdə böyük jest etdiniz. Bu jesti yalnız ölkə başçısından gözləmək olardı. Xalqımıza, məni sevən, daim dəstəkləyən insanlara da minnətdaram. Qarşıdan gələn yeni il münasibəti ilə onların hamısının bayramını təbrik edirəm. Çox sevinirəm ki, yeni ili öz evimdə qeyd edəcəyəm”.

Bunu Moderator.az-a özəl açıqlamasında əməkdar artist Aygün Bəylər deyib. 

“Cənab prezidentin mənə banka girov qoyduğum evi yenidən geri qaytarması gözlənilməz oldu. Məsləhətsiz oldu, düzgün addım atmadım, tək qaldım. Prezidentin mənə illər öncə hədiyyə etdiyi evi banka girov qoymuşdum. Bunu da sırf sənətim, konsertim üçün etmişdim. Kimdən istəsəydim bu pulu bəlkə də mənə verəcəkdi, amma istəmədim ki, kiməsə ağız açım. Evi banka qoydum, məşqlərə başladıq. İlk gün xeyriyyə konserti kimi düşünmüşdüm. Elə oldu ki, Günəşli yatağında yanğın baş verdi, ölkədə 3 gün matəm elan olundu. Sənət yaradıcılığı üçün uşaqlıq illərimdən can atmışam. Bi çoxuşaqlı ailə olmuşuq, hamısı da qız uşağı olub. Körpə vaxtımdan əlimi açıb Allaha dua etmişəm ki, mənə güc versin, yol açsın. Evin böyük qızı olmuşam, anam-atam işləyib, bacılarımı mən böyütmüşəm. 16-17 yaşımdan şəxsi ansamblım olub. Nə qazanmışamsa sənətimin üstünə qoymuşam” deyə sənətkar bildirib.

Sənətkar xəstəliyindən də danışıb.

“Heydər Əliyev fondu xəstəliyimlə bağlı bütün xərcləri öz üzərində götürdü, bir an olsun belə məndən diqqətini əsirgəmədi. Bizi müalicə və müayinə üçün Türkiyəyə yola saldılar. Orda da, burda da bütün hər bir şeyi dövlətimiz etdi. Bir az özümə gəlmişəm. İnşallah ki, daha da sağalacağam. Sənətim üçün bir bilsəniz nə qədər darıxıram. İnşallah, bir az sağalım səhnəyə qayıdacam və qayıdan kimi də yarım qalan solo konsertimi təqdim edəcəyəm. Allahın bildiyi məsləhətdir. İnşallah ki, buna imkan yaranar” deyə əməkdar artist bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …