Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Prezident “Xocalı” abidəsini ziyarət edib – FOTO

Prezident “Xocalı” abidəsini ziyarət edib – FOTO

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın