Ana səhifə / Şou Biznes / Prezident və ailə üzvləri olimpiyaçılarımızla görüşdü – FOTO

Prezident və ailə üzvləri olimpiyaçılarımızla görüşdü – FOTO

Bu gün Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Fanat.Az xəbər verir ki, görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.

Dövləti başçısı görüşdə nitq söyləyib. Sonra İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib.

Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzulayıb.

Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, kişilərdən ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov, Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Elmar Qasımov, Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya Stadnik çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Prezident Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb, onu qazandığı qələbə münasibətilə təbrik etib.

Sonda İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.(azərtac)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın