Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
2016-cı il iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib, nəticədə yaralananlar var.
Dövlətimizin başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıb ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Mərdan Camalov – Şirvan şəhəri icra hakimiyyətinin başçısı
Dövlət Komissiyası:
– hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
– hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;
– görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Baş Prokurorluğa Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın