Ana səhifə / Şou Biznes / Prezident Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verdi

Prezident Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verdi

Maliyyə Nazirliyinin nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətləri artırılıb.

Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 26-da imzaladığı “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti verilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın