Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Prezident İlham Əliyevin qızının mükafatları – SİYAHI

Prezident İlham Əliyevin qızının mükafatları – SİYAHI

Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan üçün çox böyük işlər görür. Onun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində xidmətləri əvəzsizdir. Leyla Əliyevanın fəaliyyəti təkcə Azərbaycanla bitmir, ölkə hüdudlarından kənarda da o, aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldur. Odur ki, Leyla Əliyeva gənc yaşında indidəyək bir çox yüksək mükafatlara layiq görülüb.
AzVision.az Leyla Əliyevanın mükafatlarını təqdim edir:
Azərbaycanın xaricdə tanıdılması, onun dünyada yeri, Azərbaycan xalqının başına gətirilən faciələrin beynəlxalq təşkilatlara çatdırılmasında L.Əliyevanın rolu danılmazdır. “Xocalıya ədalət” kompaniyasının təşəbbüskarı faciənin dünyaya tanıdılmasında böyük xidmətləri olub. Məhz Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə 2011-ci ilin iyulunda”Tərəqqi” medalıilə təltif olunub.
2011-ci ilin oktyabrında L.Əliyeva Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib. Həmin ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə,”Key to life” fəxri mükafatınalayiq görülüb.
Leyla Əliyeva 22 noyabr 2011-ci ildə BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb.
2012-ci ilin sentyabrın 12-də”Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatıilə təltif olunub.
Daim təbiətə diqqəti ilə seçilən, şair ruhlu L.Əliyeva 2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən”Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatıilə mükafatlandırılıb.
2013-cü il dekabrın 20-də Leyla Əliyeva III dərəcəli”Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə”medalı ilə təltif olunub.

Həmçinin oxuyun

Manaf Ağayev və Afət Fərmanqızı tandemi jurnalistdən nə istəyir…

Bu günlərdə jurnalist həmkarlarımdan birinin müğənni Manaf Ağayevin hələ şou-biznesdə parlamasından çox əvvəllər “makler” (ev …

Bir cavab yazın