Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Prezident: “Azərbaycanda inkişaf bundan sonra yeni formatda davam etdiriləcək”

Prezident: “Azərbaycanda inkişaf bundan sonra yeni formatda davam etdiriləcək”

Prezident İlham Əliyev oktyabrın 23-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, vitse-prezident Siril Müller 1999-cu ildə Dünya Bankı nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiyini və Heydər Əliyevlə keçirdikləri görüşü məmnunluqla xatırlayıb. O, iki il bundan əvvəl ölkəyə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə inkişaf etməsinin şahidi olduğunu vurğulayaraq respublikanın son illər çox böyük uğurlar qazandığını deyib. S. Müller Azərbaycanın gələcəkdə də çox firavan bir ölkə olacağına əminliyini bildirib.

 

Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən prezident İlham Əliyev müstəqilliyin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu söyləyib. O, sonrakı illərdə ölkədə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü şəkildə istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan prezident bu mərhələdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyinə diqqət çəkib.

 

İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən prezident İlham Əliyev hazırda Ümumi Daxili Məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü deyib. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu nəzərə çatdıran dövlət başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirib ki, asan olmasa da, növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.

 

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın