Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Prezident ailəsi ilə yarışları izlədi – FOTOLAR

Prezident ailəsi ilə yarışları izlədi – FOTOLAR

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk günündə Azərbaycan idmançıları 10 qızıl medal qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer cüdo yarışlarının final qarşılaşmalarına baxıblar.

Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri karate yarışlarının final qarşılaşmalarını da izləyiblər.

Foto

AzVision.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın