Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / “Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər” – ŞİKAYƏT

“Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər” – ŞİKAYƏT

Hacı Hənifə Həşimov uzun illər MTN-çilər tərəfindən süründürüldüyünü və zülm çəkdiyini bildirir

Ölkədə MTN çətəsinin qaranlıq işləri, xeyli insanı şərləyib tutması və bir çoxunu aldadıb pulunu-mülkünü mənsimsəməsi barədə məlumatlar mətbuatda az dərc olunmayıb. Lakin hələ də bir sıra maraqlı məqamlar ortaya çıxmaqdadır. Necə deyərlər, “qulaq gündə bir şey eşitməsə, kar olar”. Bu günlərdə  Qafqaznews.az-a müraciət edən Kürdəxanı sakini, 67 yaşlı Hacı Hənifə Əlövsət oğlu Həşimov 12-13 il əvvəl yüksək rütbəli MTN zabiti və onun sahibkar dostu tərəfindən aldadıldığını və şərlənərək həbs olunduğunu bildirib. Onun sayta yazdığı ərizəsində deyilir: “Mən sabiq MTN polkovnik-leytenantı, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti və Beynəlxalq Bankın nümayəndəsi olan İlham Niyazi oğlu Qasımzadə və “Business Service Centre” şirkətinin rəhbəri İkram Mütəllimov tərəfindən aldadılmışam.13493578_1011618555571053_1042585349_o 2002-ci ildə İlham Qasımzadə mənə bildirdi ki, oğlum Əlövsət Həşimov hərbi xidmətə gedib rütbə alsın, onu da MTN-ə düzəltdirməyə kömək edəcək. 2003-cü ildə mənə dedi ki, bu işin xərci var, yaxşı əlaqələri olan İkram Mütəllimov sənə kömək edə bilər. 2003-cü ilin oktyabrında İkram Mütəllimovla İlham Qasımzadənin vasitəçiliyi ilə görüşdük. Onlar Məhəmmədi bələdiyyəsindən uzunmüddətli icarə götürdüyüm 8 hektarlıq torpaq sahəsinin 2 hektarını istədilər. Onların şərtinə görə, mən 2 hektardan imtina etdim, İkram Mütəllimovun adına keçirildi”. H.Həşimovun sözlərinə görə, oğlu o müddətdə MTN-də müsahibəyə gedib-gəlirdi, İlham Qasımzadə isə deyirdi ki, əmri yaxınlarda veriləcək.13507027_251334888573245_3713908684030481097_n

“Bir müddət sonra İlham Qasımzadə mənə dedi ki, sənin oğlun 9 yaşında Məşhəd və 11 yaşında Həcc ziyarətində olub (özümlə aparmışdım), ona görə müsahibədən keçməyib. İlham mənə dedi: “Fikir eləmə, 3-4 aydan sonra yenidən sənədləri toplayıb təqdim edərik, söz verdiyimiz kimi iş düzələr”. 2004-cü ildə müxtəlif bəhanələrlə və “dövlət məmurlarının sənin torpaqlarından xoşu gəlir” iddiası ilə məndən yenə də torpaq istədilər və imtina edəcəyim halda, ehtiyatda olan zabit kimi, oğlumu cəbhə bölgəsinə göndərməklə qorxuzdular. 4 hektarı da İkram Mütəllimov öz oğlu Əhmədin adına keçirdi. Mən torpaqları geri tələb etdiyimdə, İlham dedi ki, darıxma, pul ver, oğlunu Sərhəd Xidmətində xarici əlaqələr şöbəsinə düzəldim. İlham Qasımzadə məndən ilin sonunda 22 min dollar aldı. Mən torpaqların hesabını soruşduqda, “İlham Qasımzadə mənə “cin ayrı, şeytan ayrı” deyə cavab verdi”, – deyə H.Həşimov vurğulayıb.

O qeyd edib ki, bir müddət sonra, aldadıldığını anlayaraq, dəfələrlə İlham Qasımzadə və İkram Mütəllimovla görüşüb, torpağını və pulunu tələb etdi. “Lakin mənə dedilər ki, hara gedirsən get, respubl120150_srcika əlimizdədir. Mən dəfələrlə hüquq mühafizə orqanlarına şikayət eləsəm də, İlham Qasımzadə və İkram Mütəllimov müxtəlif vasitələrlə mənim işimi uzadıblar. Hətta məni dəfələrlə şərləyib həbs etdirməyə də çalışıblar. Eyni zamanda, İlham Qasımzadə mənə müxtəlif vasitələrlə təzyiq göstərirdi, öldürməklə belə hədələyirdi. Bir dəfə İlham Qasımzadə üstümə tapança da çıxarıb. Mən bu süründürməçilikdən bezərək, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına məktub yazmışam. Amma bu məktublar kimlərsə tərəfindən “itirilib”.

Sonda mən təngə gələrək, 2006-cı il iyunun 29 və iyulun 25-də iki dəfə dövlət başçısının kortecinin qarşısına çıxmağa, dərdimi Cənab Prezidentə şəxsən bildirməyə çalışdım. Lakin heç bir günahım olmadan, MTN-çilər tərəfindən təxribatda günahlandırılmışam, Səbail rayon Məhkəməsinin hökmü ilə 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə həbs olunmuşam. 2009-cu il yanvar ayının 25-də azadlı13499498_1011618572237718_832390274_oğa çıxdım, ondan sonra dəfələrlə bu işin sonuna çıxmağa, İlham Qasımzadədən şikayətlər verərək, ədalətə nail olmağa çalışmışam. Lakin heç bir nəticə hasil olunmayıb. Eldar Mahmudov MTN başçısı vəzifəsindən azad olunduqdan sonra, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsəm də, yenə də İlham Qasımzadə və İkram Mütəllimov barəsində tədbir görülməyib. Yazıb sizdən xahiş edirəm, məni aldadan bu şəxslərin ifşa olunmasında və haqlarımın bərpasında dəstək verəsiniz”, – deyə şikayətçi bildirib. 2003-cü ildə MTN başçısı Namiq Abbasov olub, lakin Eldar Mahmudovun nazir olduğu vaxtlarda da İlham Qasımzadənin cəmiyyətdə fəal çıxış etməsi, Karate Federasiyasında və Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələr tutması bir sıra suallar doğurdu. İyunun 20-də araşdırma zamanı, İlham Qasımzadənin özüylə əlaqə saxladıq. İlham Qasımzadə daha Karate Federasiyasında çalışmadığını, “dövlət qulluğunda olduğunu” bildirdi.

“O adam mənim qanımı13495677_251335048573229_4308253160015748012_o içir, illərdir ailəmə də əziyyət verir. Dedikləri şər-böhtandır. Onunla bağlı dəfələrlə prokurorluq araşdırıb, məhkəmə keçirilib. Heç nə sübut edə bilməyib”, – deyə İ.Qasımzadə qeyd etdi. “Axı onun sizinlə başqa nə problemi olub ki, belə düşmənlik etsin? Eyni kənddənsiniz, səbəbsiz yerə sizdən şikayət edir?” – deyə maraqlandıq. “Mən o vaxt ona “posrednik” olmuşam. Sadəcə xahiş edib, köməklik etmişəm”, -deyə İlham Qasımzadə bildirdi. İ.Qasımzadənin sözlərinə görə, Hənifə Həşimov torpaq satmaq istəyib, o da öz növbəsində onu İkram Mütəllimovla tanış edib. H.Həşimovun oğlunun MTN-ə işə düzəlməsi məsələsinə gəlincə isə… İlham Qasımzadə bizimlə birinci söhbətində kömək etməyə çalışdığını, amma alınmadığını bildirdi. Növbəti dəfə isə (özü yenidən bizə zəng etdiyində) bildirdi ki, bu məsələ Namiq Abbasovun vaxtında olub, o vaxtı kimisə tanışlıqlıa MTN-ə düzəltmək mümkün deyildi.

“Business Service Centre” MMC-nin rəhbəri İkram Mütəllimov isə danışmaq istəmədi. “Bu barədə məhkəmə qətnamələri var, Baş Prokurorluq da bir neçə ay əvvəl araşdırma aparıb. Sizə əlavə məlumat verməyə borcum yoxdur”, – deyə İ.Mütəllimov vurğuladı. Araşdırmamız davam edir.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın