Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Polisin fəaliyyəti qanunlarla tənzimlənir – Vaqif Əsədov yazır

Polisin fəaliyyəti qanunlarla tənzimlənir – Vaqif Əsədov yazır

Ölkəmizdə mətbuat və söz azadlığı adi şüar deyil, bu sahədə çalışan insanların həyat tərzinə çevrilib. Eləcə də Azərbaycan əhalisinin 75 faizi internet istifadəçisi olaraq, sosial şəbəkələrdə sərbəst fikir-düşüncələrini ifadə etməkdə müstəqildir. İnternetdə, xüsusilə sosial şəbəkələrdə insanlar məkanından asılı olmayaraq, bir araya toplaşır, fikirlərini bölüşür. Onda ortaya aydın məntiq çıxır: hər bir istifadəçi rastlaşdığı, eşitdiyi faktla təxəyyülündə canlandırdığı hadisəni ictimailəşdirə bilər. Deməli, istənilən anda hər kəs öz bildiklərini və düşündüklərini yüzlərlə, hətta minlərlə insanın diqqətinə çatdırır.
Sosial şəbəkələrdə bəzən elə istifadəçilərlə qarşılaşırıq ki, rastlaşdığı, eşitdiyi faktla təxəyyülündə canlandırdığı hadisəni tirajlayaraq, asayiş keşikçisi – polisin fəaliyyətinin təftişinə yönəldir. Cəmiyyət nə qədər ehtiramla yanaşsa da, bəzi sosial şəbəkə istifadəçiləri asayişin keşiyində dayanan polis əməkdaşlarını vəzifə səlahiyyətlərini icra edərkən görüntülərini qeydə alır, cəzadan yayınmaq üçün hadisəni “fakt” kimi ictimailəşdirməyə çalışır: yanlış və dəqiqləşdirilməyən “status” mətbuatda manşetlənir.
Fəaliyyəti qanunlar və qəbul edilən qaydalarla tənzimlənən polis əməkdaşlarını təhdidedici informasiyalarla hədəfə alanların bəlli məqsədləri var. Baxmayaraq ki, qanunla səlahiyyət verilən şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Digər tərəfdən qisas xarakterli yalan informasiyalar təkcə bir adamın yox, böyük bir toplumun heysiyyatına hörmətsizlikdir. Unutmaq olmaz ki, polis dövlətçiliyimizin əsas sütunlarımda biri kimi cəmiyyətin bu günü və gələcəyi ilə bağlı – ictimai təhlükəsizliyin keşiyində dayanıb.
İnsani dəyərlərin formalaşmasında və cəmiyyətin inkişafında ictimai fikir böyük rol oynayır. Ancaq yada salmağa və yenidən üzərinə qayıtmağa ehtiyac duyulan bəzi məqamlar var. Bilirik ki, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ancaq jurnalistlər də bilməlidir ki, hazırladığı matrealda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bütün bunlar mətbuatda daha çox gözlənilməli olan, lakin heç də həmişə gözlənilməyən həssas məqamlardır. Sosial şəbəkələrdə bu qaydalar qorunur? Əsla qorunmur – söz azadlığı şüarı, sözün daşıdığı məsuliyyət arxa plana keçir. Ona görə də sosial şəbəkələrdə yayılan “status” xəbər kimi tirajlanarkən, qarşı tərəfin mövqeyi öyrənilməli, yaxud onun təmsil olduğu təşkilatın cəmiyyət həyatında mövqeyi nəzərə alınmalıdır.

Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi,
polis polkovniki Vaqif Əsədov

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın