Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Polis bir gündə 300 qadını saxladı – Foto

Polis bir gündə 300 qadını saxladı – Foto

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərlə bağlı reyd keçirilib.

 

Avtosfer.az xəbər verir ki, Bakının müxtəlif küçə və prospektlərində keçirilən reydlər zamanı 300-dən artıq qadın sürücü yol polisləri tərəfindən saxlanılıb.

 

Lakin bu dəfə onlara cərimə yazılmayıb. Yol polisləri nizam-intizama əməl edən, təhlükəsizlik kəmərindən istifadə edən, yol hərəkəti qaydalarını pozduğü üçün cərimələnməyən xanımlara müxtəlif qiymətli hədiyyələr və gül təqdim ediblər.

 

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu gün səhər saatlarından başlayaraq paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunub. Reydlər axşam saatlarında qədər davam edəcək. Saxlanılan qadın sürücülər hədiyyələrlə mükafatlandırılıb:

 

“Xanım sürücülər arasında təhlükəsizlik kəmərindən istifadə edənlər çoxdur, lakin onlar avtomobilin yan və salondakı güzgülərindən bəzən yalnız özlərinə baxmaq üçün istifadə edirlər. Bundan əlavə, kişi sürücülərə nisbətən xanım sürücülər sükan arxasında mobil telefondan daha çox istifadə edirlər. Dövlət Yol Polisi olaraq xanımlara təbrik edirik. Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyyə edirik”.

 

Qeyd edək ki, yol polisinin keçirdiyi reyd İTV, ANS telekanallarında, 103 radiosunda canlı yayımlanıb.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın