Ana səhifə / Şou Biznes / Polis əməkdaşları turistin itirdiyi pul kisəsini taparaq sahibinə veriblər

Polis əməkdaşları turistin itirdiyi pul kisəsini taparaq sahibinə veriblər

Kisədə sənədlər və 1700 ABŞ dolları olub.

Bakı şəhərinin mərkəzində yerləşən Filarmoniya bağında polis əməkdaşları pul kisəsi aşkarlayıblar.

APA-ya istinadən verdiyi məlumatına görə, ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin əməkdaşları Filarmoniya bağında içərisində sənədlər və 1700 ABŞ dolları olan pul kisəsi tapıblar.

Polislər həmin ərazidən bir az kənarda “Formula 1” yarışması ilə bağlı Azərbaycana gələn turistlərdən birinin nə isə axtardığını görüblər.

Məlum olub ki, tapılan pul kisəsi həmin turistə məxsusdur. Dəqiqləşdirmə aparıldıqdan sonra pul kisəsinin qonağa məxsus olduğu müəyyən edilib və sahibinə təhvil verilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın