Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Şou Biznes / “Plastik əməliyyatların sayını itirmişəm” – Lalə Məmmədova

“Plastik əməliyyatların sayını itirmişəm” – Lalə Məmmədova

“Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim”.

Bu sözləri Əməkdar artist Lalə Məmmədova “Ziq-zaq” proqramında deyib. Müğənni etdirdiyi plastik əməliyyatlardan danışıb:

“Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm. Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur”.

L.Məmmədova sosial şəbəkədə yeni görünüşünün tənqid edilməsinə münasibət bildirib:

“İnsanları da anlayıram. Amma kiminsə burnu, qulağı xoşuma gəlməsə, yazmaram, niyə bu gündəsən. Gərək daşdan, divardan olasan ki, həmin sözlər sənə təsir etməsin. O qədər həyatları gözəl osun ki, girib mənə nəsə yazmağa vaxtı olmasın”. Axşam.az

Həmçinin oxuyun

Xalq artisti “od püskürdü“: “Onların hamısı haramzadədir“

“Saxta pasport alanların hamısı haramzadədir”. Bunu Yenisabah.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev bildirib. Sənətçi qeyd …