Şənbə , May 25 2019
Ana səhifə / Şou Biznes / PKK-ya qoşulan azərbaycanlı tələbənin xalası DANIŞDI: “Beynini pozub dəstələrinə qoşdular”

PKK-ya qoşulan azərbaycanlı tələbənin xalası DANIŞDI: “Beynini pozub dəstələrinə qoşdular”

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terror qruplaşması olan PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub. Modern.azsaytı həmin tələbələrdən biri, Sənan Güləhmədov haqqında yeni məlumatlar əldə edib.

S.Güləhmədov Sabunçu rayonundakı 305 nömrəli tam orta məktəbdə təhsil alıb. Sənanın xalası Vüsalə Nəcəfova da həmin məktəbdə direktor müavini işləyir.

V.Nəcəfova Modern.az-a açıqlamasında bacısı oğlunun psixologiyasının Türkiyədə pozulduğunu qeyd edib.

“Biz övladımızı Türkiyədə təhsil almağa göndərmişik. Amma onun beynini pozub öz dəstələrinə qoşdular. Sənanın 17 yaşı var idi, təbii ki, onu daha tez ələ alıblar. İtəndən bəri Sənan barədə heç bir məlumatımız yoxdur. Onunla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət etmişik. Özü də itib-batandan sonra bizimlə əlaqə saxlamayıb”.

Sənan Güləhmədov orta məktəbdə yaxşı oxuyan şagird olmayıb. Onun qiymətlərinin “3” olduğu qeyd edilir. S.Güləhmədov attestatla Türkiyənin Yıldırım Bəyazit Universitetinə qəbul olunu və orada ali təhsil alırdı.

Azərbaycanlı tələbənin Türkiyədə təhsili zamanı öz Facebook səhifəsində də yazdıqları da onun terror təşkilatına doğru istiqamətləndiyini sübut edir.

Həmin yazıları təqdim edirik: “”UARAL” yuxusuz gecələrdən sonra açılan qara bir sabahdır mənə. Ruhumda dünyanın ən böyük terrorunu və terrorçusunu gəzdirir insan Ankaranın pis mühitində..”.

“Güney Doğuda oylara görə işıqları kəsən AKP zihniyyətinə lənət. Her biji BDP!”.

“Biji BDP biji HDP… Wê azadî bi serkeve!”

Qeyd edək ki, Youtube sosial şəbəkəsində yerləşdirilmiş bir videoçarxda bu ilin aprel ayında Türkiyədə yoxa çıxan azərbaycanlı tələbələrin müsahibələri yayımlanıb.

Məlum olub ki, həmin videomüsahibədə özlərini “Yıldırım Beyazıt Universitetinin tələbəsi Fərəməz Azəri”, “Turqut Özal Universitetinin tələbəsi Babək Hakır” və “Balıkesir Universitetinin tələbəsi Azad Mirkan” kimi təqdim edən gənclər əslində azərbaycanlılar Sənan Güləhmədov, Məmmədhüseyn Rüstəmov və Mobil Tağızadədir.

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …

Bir cavab yazın