Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Pirşağıda parlament seçkiləri bağlı qanun pozuntusu…

Pirşağıda parlament seçkiləri bağlı qanun pozuntusu…

Bu gün Pirşağı qəsəbəsində parlament seçkiləri ilə bağlı qanun pozuntusu baş verib.

27 saylı Sabunçu ikinci dairəsindən deputatlığa namizəd Dilarə Cəbrayılova ilə icra başçısının göstərişi əsasında YAP-ın qərargahında seçicilərin görüşü olub. Rayon rəhbərinin göstərişi ilə bütün idarə, təşkilat nümayəndələri, məktəblilər görüşə məcbur aparılmışdır. Səsvermə yaşına çatmamış məktəblilərin seçki təbliğatına cəlb edilməsi özü qanunsuzluqdur. DSK-na müraciət olunub, sədr bu görüşdən xəbərsiz olduğunu bildirib. Çünki 27-ci dairənin namizədləri ancaq Sabunçuda qapalı, Balaxanıda açıq görüş keçirə bilərlər. Digər namizədlər belə görüşlərdən məhrum edilib. Deyilənə görə hörmətli Məzahir Pənahov bu qanunsuzluqlardan xəbər tutsa Dilarə Məmmədağa qızının namizədliyi ləğv olunacaq. Digər namizədlər bərk narahat olub. Çünki D.Cəbrayılova üçün hər gün ərazidəki qəsəbələrdə icazəsiz görüşlər planı hazırlanıb. İcra başçısının dəstəkllədiyi namizədin seçiləcəyi artıq hamıya məlumdur. Moderator.az

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın