Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Patrik Hikki indi də Qış Avropa Oyunları keçirmək istəyir

Patrik Hikki indi də Qış Avropa Oyunları keçirmək istəyir

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki indi də Qış Avropa Oyunları keçirmək təklifini irəli sürüb.

Virtualaz.org saytı xəbər verir ki, Patrik Hikki bu təkliflə Bakıda bu ilin iyun ayında keçirilmiş I Avropa Oyunlarının yekunlarına dair Romada təşkil edilən, Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovun iştirak etdiyi ikigünlük brifinqdə çıxış edib.

P.Hikki toplantıda iştirak edən Avropa Olimpiya komitələri nümayəndələrinə bildirib ki, Avropa Yay Oyunlarının qış versiyasını da keçirmək lazımdır. Hərçənd ki, II Avropa Oyunlarının hansı ölkədə keçiriləcəyi, onun ümumiyyətlə, baş tutub-tutmayacağı hələ məlum deyil.

Patrik Hikki 2019-cu ildə keçirilməsi planlaşdırılan II Avropa Oyunlarının ev sahibi ölkəsinin gələn ay müəyyən edilməli olduğunu deyib. Əlavə edib ki, Qış Avropa Oyunlarını yay oyunlarının başa çatmasının ardınca keçirmək təklif olunur, ancaq indidən ideyanın texniki-iqtisadi əsaslandırılmasını işləyib hazırlamaq lazımdır.

Patrik Hikki Qış Avropa Oyunlarının keçirilməsi ideyasını Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxla müzakirə edəcəyini deyib. Qitə qış oyunları Asiya Olimpiya Şurası tərəfindən ilk dəfə 1986-cı ildə təşkil edilib. Patrik Hikki hesab edir ki, Qış Avropa Oyunlarının keçirilməsi ideyası 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən, ancaq müsabiqəni uduzan şəhərlər üçün cəlbedici ola bilər.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın