Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Partlayan təyyarənin yeganə sağ qalmış azərbaycanlı sərnişini – FOTOLAR

Partlayan təyyarənin yeganə sağ qalmış azərbaycanlı sərnişini – FOTOLAR

Xəbər verdiyimiz kimi, Rusiyada Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza təyyarə hava limanına eniş edərkən baş verib. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə yerə çırpılıb və partlayış baş verib. Qəzaya uğrayan “Flydubai” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsində 62 nəfər (55 sərnişin və 7 ekipaj üzvü) olub və hamısı həlak olub.

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rus turist, 1982-ci il təvəllüdlü Elvira İsayeva dəhşətli qəzada sağ qalan yeganə insan olub. Belə ki, o, qəza baş verməzdən bir gün öncə ad gününü qeyd edib. Gecə çox əyləndikdən sonra yatıb qalıb və səhər uçuşa gecikib. O, bu barədə sosial şəbəkədə yazıb: “Yeganə insanam ki, sağ qalmışam”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın