Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Partiya sədri “şortik qalmaqalı” ilə bağlı Şeyxə üz tutdu: “Qəti fikrini bildirsin!”

Partiya sədri “şortik qalmaqalı” ilə bağlı Şeyxə üz tutdu: “Qəti fikrini bildirsin!”

Hafiz Hacıyev onun barəsində sosial mediada yazılan fikirlərə münasibət bildirib.
Hafta.az-a açıqlamasında H.Hacıyev bildirib ki, şortiklə bağlı səsləndirdiyi fikrin üzərində durur və bununla bağlı müvafiq şəxslərə müraciət edəcək:
“Mənim haqqımda yazanlara tək-tək cavab verərdim. Ancaq onları şəxsən tanımıram. Mənim barəmdə mənfi fikir səsləndirən müxalifətçilər də, görünür, milli dəyərimizin qədrini bilməyənlər sırasındadırlar. Mən Azərbaycan xalqının namusunun, qeyrətinin qorunmasında hər zaman canımdan keçməyə hazıram. Məni hüquq-mühafizə orqanlarına şikayət etməyi düşünənlərə deyirəm ki, nə istəyirlər etsinlər. Öz fikrimdə qalıram. Yenə də deyirəm ki, Azərbaycan xalqını heç kim aşağılaya bilməz. Bu birmənalı şəkildə belədir. Bütün variantlardan istifadə edib, belə halların qarşısını alacağıq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə də müraciət edirəm ki, bu məsələ ilə bağlı qəti fikrini bildirsin. Kimsə xaricdən özünü çöldə qoyanı gətirib burada pul qazanacaqsa,  biz buna göz yuma bilmərik”.

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın