Ana səhifə / Şou Biznes / Partiya sədri: “Həm subay kişilərimiz rahatlanar, həm xarici xanımlar istirahət edər”

Partiya sədri: “Həm subay kişilərimiz rahatlanar, həm xarici xanımlar istirahət edər”

Azinforum.az  Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun müəlifi olduğu hekayəni eksklüziv olaraq təqdim edir.

2004-cü il idi. Sosial şəbəkələr hələ təşəkkül tapmamışdı. Əvəzində isə əksəriyyət İRC deyilən şəbəkədən istifadə edir, ya da o vaxtlar xod gedən “ODİQO” çatından ya da hələ təzəcə meydana çıxan “İCQ”-dən istifadə edərdilər. Hər iki çatda da profilim var idi və insafən deyim ki, xeyli dostlar da qazanmışdım. Bu dostların içində təbii ki, qadınlar da var idi. Bu qadınlardan biri də Litva Respublikasının vətəndaşı idi və Azərbaycanla çox maraqlanırdı. Hər dəfə də mən onun Azərbaycanla, Qarabağla, erməni təcavüzü ilə bağlı suallarını cavablandırdıqda, onun Azərbaycanı görmək arzusunun artdığını hiss edirdim. Elə gözlədiyim kimi də oldu
– Elşən, görən mən Azəqbaycana gəlsəm normal istirahət edə bilərəmmi?
Bir anlıq ağlımdan onun gəlmək fikrinin nə qədər ciddi olduğu, onu kimin qarşılayacağı və harada məskunlaşacağı fikri keçdi. Hər halda bu qədər söhbət, filandan sonra onun qəlbini də qırmaq olmazdı.Çıxılmaz vəziyyət yaransa da dedim
– Əlbəttə ki, İrina, istədiyin vaxt gələ bilərsən
– O zaman ünvanını və telefonunu mənə göndər. Gəlmək fikrim olsa yazaram.
Hələ yaz ayları idi deyə, onun yaxın günlərdə və aylarda gəlməyəcəyini düşünərək ünvan və telefonumu yazıb göndərdim. Nə bilmək olar,bəlkə də yaya qədər fikri dəyişdi.
Amma sən saydığını say, gör fələk nə sayır. Günlərin bir günü növbəti söhbət zamanı İrina, iki həftədən sonra Bakıya gələcəyini bildirdi.
– İki həftədən sonra Bakıya gəlirəm. Qarşıla.
Bir yağlı OK yazaraq istəyi alqışladım. Amma evin xanımını da agah etmək lazım idi ki, məsələ nə yerdədir. İndi mən ona necə başa salım ki, mənim şəxsi qonağım olan bu cavan xanımı mən yox, mənim ölkəm maraqlandırır. Əlbəttə, bir neçə gün burada qaldıqdan sonra onun maraq dairəsində tam əks dəyişikliyin baş verə biləcəyi də istisna deyildi. Odur ki, vaxt itirmədən xanıma yaxınlaşdım
– Ola bilər bizə Litvadan bir xanım qonaq gəlsin. Onu Azərbaycan, baş vermiş münaqişə, sair beynəlxalq münasibətlərlə bağlı məsələlər maraqlandırır.
Bir anlıq duruxdu. Evimizdə nə olmasa da cavab sarıdan kasıbçılığımız yoxdur. Üzümə baxaraq dilləndi
– Yəqin məsləhətini verib, treninqlərini də sən apararsan.
Varam belə cavaba. Qarşısındakının kim olduğunu bilir. Amma onu da bilməmiş deyil ki, qarşısındakının STOP kranı da etibarlı əllərdədir.
– Yox, nə məsləhət verəcəyəm, nə də treninq keçəcəyəm. Bir çarə taparam.
Uzun götür – qoydan sonra bu qərara gəldim ki, bu işi rəssam və heykəltəraş olan bir dostuma həvalə edim. Subaydır,38 yaşı və Novxanıda bağı var. İyul ayı olduğu üçün də qonağın bağda qalması və gündəlik də dənizdə çimməsindən gözəl nə ola bilərdi? Odur ki, yubanmadan dostumla görüşdüm və vəziyyəti anlatdım
– Onu bir yerdə qarşılayırıq. Bizdə nahar etdikdən sonra aparırsan bağa. İstəyirsən kottec de, istəyirsən bağ de, fərqi yoxdur. Qulluğunda durursan.
– Bəs mənə buna nə danışım?
– Pikassodan, Dalidən , ağ şanı, qara şanıdan, Abşeron çimərliklərindən və sairədən. Amma beynəlxalq münasibətlərə toxunma.
Nə isə, qonağı dediyim kimi qarşıladıq, nahar etdik və dostum da bunu qoltuğuna vurub yollandı bağa treninq keçməyə.Əlbəttə ki, mütəmadi olaraq mən də bunlara baş çəkib ara-sıra qonağı gəzməyə aparır, tarixi memarlıq və sair gözəgəlimli yerlərlə tanış edirdim. Amma iki-üç gedişimdən sonra qarşılanmamı sanki evliu cütlüyün həyata keçirməsi təəssüratı yaranmağa başladı. Odur ki, daha narahat etməyə lüzum görmədim.
Beləcə on beş gün keçdi. Artıq qonağımızın getmək zamanı gəlmişdi. Uçuş zamanı, keçiriləcək tədbirlə üst-üstə düşdüyündən onu ötürə bilməyəcəkdim. Odur ki, dostum onu özü yola salmalı idi.
Aeroportdan qayıdan dostumun gözlərinin qızarmış olduğunu gördüm. Yəqin ağlaşma mərasimi qurmuşdu.
Sonradan mənə yazdığına görə belə başa düşdüm ki,qonağımız Aərbaycandan çox razı halda getmişdir. Dediyinə görə də istirahətinə söz ola bilməzdi.
Özümü çox rahat və xoşbəxt hiss ediridm . Elə bil XİN-in, diaspor və lobbi təşkilatlarının birlikdə gördüyü işləri lazımi şəkildə həyata keçirmişdim.
Bəlkə Azərbaycan haqqında həqiqətləri xarici ölkələrdə həm də bu yolla yayaq? Həm subay kişilərimiz rahatlanar, həm xarici xanımlar istirahət edər,həm də işlərimiz “xod”gedər. Hər halda fikirləşməyinə dəyər.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın