Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Partiya sədri Əli Əliyevin 50 yaşı tamam oldu – BİOQRAFİYA

Partiya sədri Əli Əliyevin 50 yaşı tamam oldu – BİOQRAFİYA

Dünən – avqusutun 19-da Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyevin 50 yaşı tamam olub.

Azinforum.az xəbər verir ki, Əli Nadir oğlu Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub.

1974-84-cü illərdə Bakı şəhəri Nərimanov rayonundakı 45 saylı orta məktəbdə təhsil alıb.

1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universitetinə (AzTU) daxil olub, həmin institutu 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə AzTU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb.

Hal-hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir.

Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 2005-ci ildə AMİP-in qurultayında partiyanın sədri seçilib.

Partiyadakı fikir ayrılığına görə, Əli Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən “Azadlıq” siyasi blokunun həmtəsisçisi və həmsədri olub.

2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) “İnsan Naminə” seçki blokuna rəhbərlik edib. Əli Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib.

Əli Əliyev 2015-ci il parlament seçkiləri ərəfəsində bir qrup müxalifət partiyası tərəfindən yaradılmış “Azadlıq-2015” seçki blokunun da təsisçilərindən biri olub. Lakin VİP sədrinin həmin seçkilərdə də parlamentdə təmsilçilik iddiası reallaşmayıb.

Sosial şəbəkələrdə davamlı aktivliyi ilə seçilən siyasətçilər sırasında olan Əli Əliyev özünün “Facebook”səhifəsində ölkədə və dünyada və baş verən ciddi hadisələrə operativ münasibət bildirir.

Pariyanın Ali Məclisinin qərarı ilə 2018-ci ildə keçiriləcək prezident seçkilərində VİP-in prezidentliyə namizədi olacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın