Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Parlament büdcə müzakirələrinə başladı

Parlament büdcə müzakirələrinə başladı

Azərbaycanın 2016-cı il dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisdə müzakirələr başlayıb.

Modern.az saytı xəbər verir ki, büdcə zərfi parlamentin İqtisadi siyasət, Elm və təhsil, Sosial siyasət, Təhlüəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirələrə çıxarılıb.

İclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.

Qeyd edək ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dollarıgötürülüb.

Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırlıb.

Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində 1698 mln. manat göstərilib.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub.

Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri 4836 mln. manat az proqnozlaşdırılıb.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın