Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb

Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb

Artiq 4 ildir ki, Paris Azǝrbaycan Evi Azǝrbaycanın Fransadakı səfirlyinin dəstəyi ilə Paris və Paris ətrafında yaşayan məktəblilər üçün həftə sonu Azərbaycan dili dərsləri təşkil edir.

Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva tədbiri açaraq iştirak edən uşaqlqarı valideynləri salamlayaraq azərbaycan dili dərslərinin gedişatı haqqında məlumat verib. Eyni zamanda bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqlarının gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması, doğma ölkələrinə bağlılığı təmin etmək üçün həftə sonu dərslərinin rolunun böyük olduğunu qeyd edib.

Vǝtǝndǝn kǝnarda dilimizin öyrəmilməsi uçun hǝyata keçirilǝn bu layihǝ, Azǝrbaycan mǝdǝniyyǝtini tǝbliğ edǝn Paris Azǝrbaycan Evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ǝdəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zǝngin mədəniyyəti tədris olunur.
Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub . Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində müəllimələr Mehri Quliyeva və Nazilə Şəfiyeva aparacaqlar.

Şagirdlərə dərslik ləvazimatları payalanmış və ilk dərsin mövzusu dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın