Ana səhifə / Şou Biznes / “Papa özünü erməni keşişi kimi təqdim etdi“

“Papa özünü erməni keşişi kimi təqdim etdi“

Milli Məclisin deputatı Adil Əliyev Papa Fransiskin qondarma “erməni soyqırımı”nı genosid adlandırmasına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, millət vəkili qeyd edib ki, Papanın çıxışı heç nəyi dəyişməyəcə: “Təəssüf ki, Papa Fransisk heç bir tarixi əsası olmayan və qərbin oyunu olan qondarma erməni soyqırımı haqqında cəfənf fikirlər səsləndirməklə, bununla da özünü erməni keşişi kimi təqdim etdi. Hansı soyqırımdan söhbət gedə bilər ki, o zaman öldürülən və soyqırıma məruz qalan Türk xalqı olub. Maraqlıdır Ermənistan və erməni lobbisi nədən Türkiyənin ortaq tarixi komissiyanın yaranmasına maraq göstərmir. Deməli, ermənilər yaxşı bilirlər ki, heç bir soyqırım hadisəsi baş verməyib. Arxivlərlə işləmək istəmirlər. Arxiv sənədləri ermənilərin yüz ildir ki, Türkiyəyə qarşı apardığı yalanlarını sübut edəcək. Hətta bu gün müasir əcnəbi tarixçilər də ermənilərin yalanlarını alt-üst edirlər. Papa Fransisk çıxışı ilə tarixi ədalətsizliyə imza atdı. O, əgər din xadimi idisə, çıxışını barış və sülh üzərində qurmalı, Ermənistanı ədalətli mövqe sərgiləməyə dəvət etməli idi. Ancaq Fransisk ermənipərəst çıxışı ilə bir daha Vatikanın erməni məsələsində mahiyyətini ortaya qoydu. Tarixi faktlara istinad etmədən bu, çıxışını bircə adı var: birtərəfli və qərəzli, ikiüzlü siyasət. Bunun başqa adı ola bilməz”.

Onun sözlərinə görə, ermənilərin son 150 ildə Anadoluda, Azərbaycanda, Güney Azərbaycanda, Türküstanda törətdikləri soyqırım siyasətinin izləri hələ də yaddaşlardan silinməyib: “Tapılan toplu məzarlıqlar onların vəhşiliklərini gerçək faktlarla sübut edir. Heç çox uzağa getməyək, 90-ci illərin sonlarında Qarabağda və Xocalıda yaşanan soyqırım hadisələri ermənilərin əməllərindən xəbər verir. Bunu o zaman xarici mətbuat da yazırdı. Papa Xocalı soyqırımını görmək istəmir. Qondarma erməni soyqırımını müdafiə edən siyasətçilər gerçək faktları görmək üçün gözlərinə həqiqət eynəyi taxmalıdırlar. Papanın çıxışı heç nəyi dəyişməyəcək. Bu siyasət Türk dünyasına qarşı yönəlib. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Sonda sözümü İslam peyğəmbəri,həzrəti Məhəməd (s) sözü ilə yekunlaşdırmaq istəyirəm: İslam peyğəmbəri buyurur: “Mən ancaq gördüyümə və duyduğuma əsaslanaraq qərar verirəm: gizli şeylər isə Allaha aiddir, onlara yalnız o qarışır””.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın