Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Şou Biznes / “Pandemiyadan sonra xınaxaydı qiymətini qaldıracam“ – Fatimə

“Pandemiyadan sonra xınaxaydı qiymətini qaldıracam“ – Fatimə

“Bilirsiniz ki, restoranlar da qiymətləri qaldırıb. Ümumiyyətlə hər bir şeyin qiyməti qalxıb. Baxmayaraq pandemiya dövründə insanlar çökdü, amma maşallah olsun bizim xalqımız şən gününə hər zaman pul tapır, Allah yetirir”.

Bu sözləri Rəqqasə Fatimə Fətəliyeva “MTV” kanalına açıqlamasında deyib. Sənətçi pandemiyada əziyyət çəkmədiyini bildirib:

“Şəxsən mən bu müddətdə əziyyət çəkmədim. Pandemiyada fəst-fud məkanı açdıq, restoranımız karantin müddətində də çalışırdı. Mənim də gördüyüm işlər göz önünüdədir. Mən məclis aparanda orada canımı qoyuram. Bunun üçün də düşünürəm ki, xınayaxdımın paket qiymətləri normaldır. Endirim isə olmayacaq, əksinə qalxacaq, amma enməyəcək”.

Həmçinin oxuyun

Emin Ağalarov qızları ilə – Fotolar

Xalq artisti Emin Ağalarov qızları Amina və Afina ilə istirahətə yollanıb. Sənətçi “Instagram” hesabında istirahət …