Cümə axşamı , İyul 29 2021
Ana səhifə / Şou Biznes / “Pandemiyada gördük ki, ifaçılar gözünü toya dikib” — Zamiq Hüseynov

“Pandemiyada gördük ki, ifaçılar gözünü toya dikib” — Zamiq Hüseynov

Müğənni Zamiq Hüseynov pandemiya ərəfəsində yaşadığı maddi sıxıntıları dilə gətirib.

Sənətçi bu haqda MTV-yə açıqlamasında danışıb.
 
Sənətçi həmkarı Xatirə İslamın verilişlərə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsinə də münasibət bildirib:
 
“Əla fikirdir, çox yaxşı olardı. Kanallarımız yaxşı qazansa, onu edər. kanallarımızın durumu olmalıdır ki, ürəklə etsinlər. Gələcəkdə belə olsa əladır. Pandemiyada gördük ki, ifaçılar gözünü toy və tədbirə tikib. O da olmayandan sonra artıq… İl yarımdır biz heç nə qazanmırıq. Əlimizdə nə var idisə satdıq. Bəziləri dedi, bəziləri bunu demədi. Amma satırıq və yeyirik. Baxırsan ki, digər ölkələrdə radiolardan, televiziyalardan, klip, mahnı səslənən yerdən pul gəlir. Nə yaxşı ki, bizdə də olardı. Bəzən deyirlər oxuyanların üzərində əməyimiz olub. İfaçıları ucuzlaşdırmasınlar. Oxuyanın sənəti, yaxşı mahnısı olmasaydı, efir gündə 40 dəfə çağırsın, sevilməzdi. Demək, yaxşı mahnı olub ki, yadda qalıb. Duruma görə nəsə tələb etmək lazımdır”.

Həmçinin oxuyun

“Lazım olsa, Məhərrəmlikdə oğluma da toy edərəm” – Nadir Qafarzadə

Bir neçə gün öncə Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə bildirilib ki, sentyabrın 1-dən qapalı məkanda …