Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / “Palmali” niyə Masazıra köçüb? – Rəsmi açıqlama

“Palmali” niyə Masazıra köçüb? – Rəsmi açıqlama

Məlum olduğu kimi, “Palmali” şirkətinin “Milyonerlər məhəlləsi” adlandırılan Məmməd Araz (keçmiş Teymur Əliyev – S.T.) küçəsindəki Bakı ofisi 4-5 aydır ki, bağlanıb. Həmin obyektin üzərindən “Palmali” sözləri yığışdırılıb, bütün işçilər başqa ofisə köçürülüb. Son məlumatlara əsasən “Palmali” bundan sonra İçərişəhərdə fəaliyyət göstərəcək.

Lakin əldə etdiyi məlumata görə, ofis hazırda İçərişəhərdə yox, Masazırda fəaliyyət göstərir.

Əlaqə saxladığımız “Palmali”nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da bu faktı təsdiqlədi. Ancaq ilk növbədə “Məmməd Araz”dakı ofisin bağlanmasının maliyyə durumu ilə bağlı olub-olmamasına aydınlıq gətirməyə çalışdıq: “Bildiyiniz kimi,”Xəzər Lənkəran” klubu ötən mövsümün yekununa əsasən Azərbaycan çempionatında çıxışını dayandırıb. Artıq klubumuzun yalnız aşağı yaş qruplarından ibarət 3 komandası fəaliyyət göstərir. O ofisin bağlanmasının səbəb maddi durumla bağlı deyil. Sadəcə həmin ofisdə daha çox klub rəsmiləri otururdu, futbolçularla müqavilələr orda bağlanılırdı. Artıq əsas və əvəzedici komandalarımız fəaliyyətini dayandırdığından, biz də başqa ofisdə işimizə davam etməli olduq. Ancaq o ofis boşaldılsa da, yenə “Palmali”yə məxsusdur”.

Cəbrayıloğlu niyə İçərişəhərdə yox, Masazırda məskunlaşmalarına da aydınlıq gətirdi: “Masazırda müvəqqəti məskunlaşmışıq. 2005-ci ildən bura da bizim şirkətə məxsus obyektdir. Hazırda İçərişəhər ofisimizdə təmir işləri gedir. Səhv etmirəmsə, artıq ora mebellər yerləşdirilməlidir. Yaxın vaxtlarda ora tam olaraq köçməliyik. Əslində daha tez köçməliydik. Sadəcə oranın təmiri zamanı bir az problemlər oldu. Ora dar olduğu üçün iri maşınların daxil olması çətinləşdi. Amma qısa müddətdə yeni öfisimizə köçəcəyik”. Qaynarinfo.z

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın